28/02/2024
🐝 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "Arıçı" ixtisasının tələbəsi Musa Mahmudovun 73 yaşı tamam olub.
O, 20 ildən çoxdur ki, arıçılıq fəaliyyəti ilə məşğuldur. Hal-hazırda ixtisasını təkmilləşdirmək üçün Mərkəzimizdə təhsilini davam etdirir.
Musa Mahmudovu təbrik edir, fəaliyyətində davamlı uğurlar arzulayırıq.😊