Bәrdә Kitab sifarişi

Bәrdә Kitab sifarişi Mağazamızda Azərbaycan, Rus, Türk və İngilis dilində bədii və dərslik kitabları mövcuddur. Sifarişlər də qəbul olunur.

Uşaq kitablarımızdan bir parça 😊 Hər biri mağazada var. Sifariş üçün direct yaxud mağaza nömrəmizə ( 051 332 67 11) yaza...
07/06/2026

Uşaq kitablarımızdan bir parça 😊
Hər biri mağazada var. Sifariş üçün direct yaxud mağaza nömrəmizə ( 051 332 67 11) yaza bilərsiniz 😇

İnqeborq Baxmannın “Malina” romanı XX əsr Avropa ədəbiyyatının ən mürəkkəb və sarsıdıcı mətnlərindən biridir. 1971-ci il...
06/06/2026

İnqeborq Baxmannın “Malina” romanı XX əsr Avropa ədəbiyyatının ən mürəkkəb və sarsıdıcı mətnlərindən biridir. 1971-ci ildə nəşr olunanda tənqidçilər onu həm “sirli bir sevgi romanı”, həm də “ruhun sonsuz imkanları haqqında əsər” adlandırmışdı. Doğrudan da, roman zahirdə sadə bir sevgi hekayəsi kimi başlayır: Vyanada yaşayan bir qadın İvan adlı kişiyə vurulub yaşayır və eyni evdə Malina ilə qalır. Lakin mətn irəlilədikcə bu münasibətin klassik sevgi süjeti olmadığı aydınlaşır. Romanın üç fiqurundan ikisi – təhkiyəçi qadın və Malina – eyni şüurun iki tərəfi kimi oxunur: sevən, parçalanan, qorxan tərəf və onu nəzarətdə saxlamağa çalışan rasional tərəf. Malina obrazı əsərdə kişi kimi təqdim olunur; o, sakit, ölçülü və nəzarətçi bir fiqurdur. Onun kişi olaraq verilməsi təsadüfi deyil, o həm şüurun rasional hissəsini, həm də patriarxal nizamın daxilə yerləşmiş səsini təcəssüm etdirir. İvan isə xarici dünyanın, arzu və sevginin real ünvanıdır. Beləliklə, “Malina” ən qeyri-adi üçbucaq hekayəsidir: iki fiqur bir varlığın içində birləşir, lakin hər biri eyni zamanda “ikidir”.

Dostoyevski tədqiqatçılarının dediyi kimi, “Bütün dünyanın sevimli müəllifi olan Dostoyevski bu romandan başlayır”. “Giz...
04/06/2026

Dostoyevski tədqiqatçılarının dediyi kimi, “Bütün dünyanın sevimli müəllifi olan Dostoyevski bu romandan başlayır”. “Gizlindən qeydlər” Dostoyevskinin dünyaya daha geniş müstəvidən baxdığı ilk romanıdır. Müəllifin yaradıcılığında açar rolunu oynayan bu əsərdə dünyada özünə yer tapmayan, nə sənətlə, nə eşqlə, nə də digər şeylərlə ovuna bilən baş qəhrəmanın timsalında bəşər övladının yaşadığı çoxsaylı ruhi böhranları, ağrıları, məşəqqətləri görəcəksiniz.
Bu romanı oxuyarkən baş qəhrəmanın özünü, öz kimliyini anlaması üçün necə durmadan qəlbinin dərinliklərinə, vicdanının labirintlərinə can atdığının şahidi olacaqsınız. Əsərdə qoyulan sual budur: insan özünü cəmiyyətin içərisindəmi anlamalıdır, yoxsa hər kəsdən uzaqlaşıb? Xilas tənhalıqdadır, yoxsa insanlar arasında öz yerini, ictimai mövqeyini müəyyənləşdirməkdədir? Bəs bu çətin sualların həyati cavabları nədir?

Bir dövlətin ən böyük sərvəti uşaqlardır. Çünki onlar gələcəyin şagirdi, tələbəsi, əsgəri, müəllimi, həkimi, aşbazı, vək...
01/06/2026

Bir dövlətin ən böyük sərvəti uşaqlardır. Çünki onlar gələcəyin şagirdi, tələbəsi, əsgəri, müəllimi, həkimi, aşbazı, vəkili, maşın ustası, kitabçısı və adını sadalaya bilmədiyim onlarla peşənin sahibləridir. Bütün uşaqların və qəlbi uşaq kimi olanların bayramı mübarək olsun.

Əfvinizə sığınaraq demək istəyirəm ki, həm də bugün mənim övladımın doğum günüdür 😇
Oğuz, səni təbrik edirəm. İllər sonra birgün bu postu xatirə kimi oxuyub gülümsəmən diləyi ilə ❤

Mağazada var. “... Yerimizdən qalxıb qapıya tərəf addımladıq. Qapının ağzında dar pilləkənlərdə dayandıq. Çölü içəridən ...
31/05/2026

Mağazada var.
“... Yerimizdən qalxıb qapıya tərəf addımladıq. Qapının ağzında dar pilləkənlərdə dayandıq. Çölü içəridən cəmi dörd-beş addım ayırsa da, bir anda bütün səslər kəsildi. Külək başımızın üstündə yanıb-sönən zəif işıqlı lampanı astaca yellədirdi. Paslanmış lampanın çıxardığı cıqqıltı səsi sakitliyi pozan yeganə səs idi...Yanaşı durmuşduq. Bir az əvvəl susmayaraq danışıb-gülən insanlar indi bir-birinə deməyə nəinki söz tapmır, hətta bir-birinin üzünə də baxa bilmirdi. İkimiz də qaranlıq, boş küçəyə, yağan yağışa baxırdıq. Danışmırdıq...” .. “Qanadsız mələk” həssas qəlbləri titrədəcək bir sevgi romanıdır.

Əziz oxucular, bayram günlərində bu fürsəti dəyərləndirin. Bütün stikerlər 10 qəpik, Kitablara isə 30%-dək endirimlər va...
28/05/2026

Əziz oxucular, bayram günlərində bu fürsəti dəyərləndirin. Bütün stikerlər 10 qəpik, Kitablara isə 30%-dək endirimlər var 😍

Hər biri mağazamızda mövcuddur 😍Əsl kitab qoxusu, orijinal nəşrlər və seçilmiş əsərlər 📖Bərdə Kitab Evi yolunuzu gözləyi...
27/05/2026

Hər biri mağazamızda mövcuddur 😍
Əsl kitab qoxusu, orijinal nəşrlər və seçilmiş əsərlər 📖

Bərdə Kitab Evi yolunuzu gözləyir 🤍

Kitabı kitabçıdan alın 😎

Yeni gəldi 😍
23/05/2026

Yeni gəldi 😍

Xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycan milli şeirinin ən işıqlı simalarındandır. Təkcə Azərbaycanda deyil, bütün türk ...
22/05/2026

Xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycan milli şeirinin ən işıqlı simalarındandır. Təkcə Azərbaycanda deyil, bütün türk dünyasında, eyni zamanda, dünyanın bir çox ölkələrində tanınır və sevilir. O, hər zaman ehtiramla anılan imzalardandır. Sizə təqdim etdiyimiz bu kitabda şairin müxtəlif illərdə qələmə aldığı və oxucular tərəfindən maraqla qarşılanan poetik nümunələri toplanıb. Kitab "Qanun” nəşriyyatının yeni layihəsində işıq üzü görür. Layihə "Azərbaycan poeziyası seçmə şeirlər” adlanır.

Anası Kozettanı meyxanaçı ailəsinə verir ki, gələcəkdə onun kimi səfil həyatı yaşamasın. Ailənin evi, yeməyə bir parça ç...
17/05/2026

Anası Kozettanı meyxanaçı ailəsinə verir ki, gələcəkdə onun kimi səfil həyatı yaşamasın. Ailənin evi, yeməyə bir parça çörəyi, Kozettanın dostluq edə biləcəyi azyaşlı uşaqları var. Lakin Kozetta o evdə qulluqçu kimi çalışdırılır, sevgi və qayğıdan məhrum edilir, fiziki və mənəvi əzablara məruz qalır. Ana imkan düşən kimi qızını bu ailədən götürəcəyini düşünür, amma reallıqlar və həyatın axarı ana ilə qızın taleyini dəyişir...
“Kozetta” klassik fransız nəsrinin böyük ustadı Viktor Hüqonun
məşhur “Səfillər” romanından bir parçadır. Roman boyunca Kozetta
işıq, ümid və gələcək simvolu kimi çıxış edir.

Address

İsmət Qayıbov Küçəsi
Barda
AZ0900

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+994552307485

Website

Alerts

Be the first to know and let us send you an email when Bәrdә Kitab sifarişi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bәrdә Kitab sifarişi:

Share

Category