book.xana

book.xana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from book.xana, Book shop, Baku, Azerbaijan, Baku.

Qorxulmaq, yoxsa sevilmək?Qorxulmaqmı, sevilməkmi?" – Siyasətin ən sərt sualına Machiavelli cavab verir.Niccolò Machiave...
04/06/2025

Qorxulmaq, yoxsa sevilmək?

Qorxulmaqmı, sevilməkmi?" – Siyasətin ən sərt sualına Machiavelli cavab verir.

Niccolò Machiavelli-nin “Hökmdar” əsəri sadəcə bir siyasi traktat deyil – o, gücün, hakimiyyətin və insan təbiətinin soyuqqanlı təhlilidir. 16-cı əsrdə yazılsa da, verdiyi mesajlar bu gün də aktualdır: siyasətdə əxlaqdan çox nəticə önəmlidir.

Bu əsərdə Machiavelli ideal bir lider deyil, realist və effektiv bir hökmdar modelini ortaya qoyur. "Məqsəd vasitəyə haqq qazandırırmı?" sualına açıq və birmənalı cavab verir.

Əsəri oxuyan hər kəs öz daxilində bir az da olsa siyasətçi olduğunu hiss edəcək. Çünki “Hökmdar” sadəcə liderlər üçün deyil, güc oyununu anlamaq istəyən hər kəs üçündür.

Oxumağa hazırsan? Bəlkə də cavab tapacağın tək sual budur: Sən hansı hökmdarsan?

📖 "Uşaqlıq" – Lev Tolstoy"Bütün xoşbəxt uşaqlıqlar bir-birinə bənzəyir, amma hər biri qəlbdə ayrı bir iz buraxır…"📚 Lev ...
19/02/2025

📖 "Uşaqlıq" – Lev Tolstoy

"Bütün xoşbəxt uşaqlıqlar bir-birinə bənzəyir, amma hər biri qəlbdə ayrı bir iz buraxır…"

📚 Lev Tolstoyun avtobioqrafik trilogiyasının ilk kitabı olan "Uşaqlıq", günahsızlığın, kəşflərin və duyğuların dünyasına açılan bir qapıdır. Yazıçının öz təcrübələrindən ilham alaraq qələmə aldığı bu əsər, təkcə bir uşağın böyümə hekayəsi deyil, eyni zamanda insan ruhuna dair dərin müşahidələr ehtiva edir.

💭 Öz uşaqlığınızı xatırladan sətirlər, nostalji ilə iç-içə keçmiş xatirələr və Tolstoyun bənzərsiz üslubu ilə siz də bu sehrli səyahətə çıxmaq istərdinizmi?

✨ İndi sifariş verin və Tolstoyun əsrarəngiz dünyası ilə tanış olun✨

📩 Sifariş üçün DM yazın!

📚 Stefan Svayq – Qızıl✨ "Həyat insanın ruhunda yanan bir atəşdirdir, amma bəzən o atəşin altında yalnızca kül qalır".Ste...
18/02/2025

📚 Stefan Svayq – Qızıl

✨ "Həyat insanın ruhunda yanan bir atəşdirdir, amma bəzən o atəşin altında yalnızca kül qalır".

Stefan Svayq insan psixologiyasının dərinliklərinə enən ustad yazarlardan biridir. "Qızıl" – ehtiras, tale və insan duyğularının kəskin toqquşduğu heyrətamiz bir hekayədir. Bu kitabda insan ruhunun ən qaranlıq və işıqlı tərəflərini kəşf edəcəksiniz.

📖 Svayqın möhtəşəm qələmindən çıxan bu əsəri kitablığınıza əlavə edin!

🛍 Sifariş üçün DM!

✨ “Qızılı Gözlü Qız” – Onore de Balzak ✨"Sevilən bir qadın, bir kişinin gözündə hər zaman fövqəltəbii bir varlıqdır." – ...
10/02/2025

✨ “Qızılı Gözlü Qız” – Onore de Balzak ✨

"Sevilən bir qadın, bir kişinin gözündə hər zaman fövqəltəbii bir varlıqdır." – O. de Balzak

Eşqin və ehtirasın ən təsirli çalarlarından biri… Onore de Balzak bu qısa, lakin dərin əsərində arzunun, qısqanclığın və taleyin oyunlarını ustalıqla qələmə alır.

Paris küçələrində baş verən bu hekayə varlı və yaraşıqlı Henri de Marsay ilə sirli Qızılı Gözlü Qız arasındakı ehtiraslı, lakin bir o qədər də faciəvi münasibətdən bəhs edir. Xarakterlərin dərinliyi və Balzakın realist üslubu sizi tamamilə başqa bir dünyaya aparacaq!

📩 Bu ədəbi incini kəşf etmək üçün DM vasitəsilə bizə yaz!

✨ "Bir çiçəyin böyüməsi üçün kök salması lazımdır"Köç, itki, kök salmaq, özünü sevmək və yenidən doğulmaq... "Günəş və O...
15/01/2025

✨ "Bir çiçəyin böyüməsi üçün kök salması lazımdır"

Köç, itki, kök salmaq, özünü sevmək və yenidən doğulmaq... "Günəş və Onun Çiçəkləri" həyat dövrünü ən dərin duyğularla təsvir edir. Hər bir sətiri oxuyarkən qəlbinizə toxunacaq. 💛

📖 Kitabdan bir sitat:

"Görürsən, köç etmək yalnız bir yerə çatmaq deyil. Öz bədənində öz evin olmağı öyrənmək də bir köçdür"

Bu möhtəşəm əsəri kitabxananıza əlavə etmək və Rupi Kaurun duyğusal dünyasında səyahətə çıxmaq üçün bizimlə əlaqə saxlayın! 🌻

📥 DM ilə sifariş edə bilərsiniz

Sevmə Sənəti - Erix Fromm"Məhəbbət insanın daxilindəki elə bir gücdür ki, insanı başqa insanlardan ayıran və onu başqala...
13/12/2024

Sevmə Sənəti - Erix Fromm

"Məhəbbət insanın daxilindəki elə bir gücdür ki, insanı başqa insanlardan ayıran və onu başqaları ilə birləşdirən sərhədləri yıxır".

Hər bir sənət növü nizam-intizam, diqqət və səbir tələb edir. Sənətə yiyələnmək büdrəməklə, amma cəhddən əl çəkməməklə əldə edilir, eynilə uşaq yeriməyə başlayanda olduğu kimi. Sevmək - sevmək və sevilməyi qoruyub saxlayan bir sənətdir. Əslində, sənətin digər sahələrindən daha çox bəsirət və anlayış tələb edir. Onun ustası və ya bələdçisi isə yoxdur. Bu, insanın özü üçün və tək başına yaşaya biləcəyi fərdi bir təcrübədir.

Qiymət: 12 Azn

"Ölüm bir varmış bir yokmuş" - Joze SaramaqoNaməlum bir ölkədə dünya yaranandan bəri görünməyən bir hadisə baş verir: Öl...
02/12/2024

"Ölüm bir varmış bir yokmuş" - Joze Saramaqo

Naməlum bir ölkədə dünya yaranandan bəri görünməyən bir hadisə baş verir: Ölüm o günə qədər yerinə yetirdiyi vəzifədən imtina edir və insanlar ölməməyə başlayır. Bu hadisə nəticəsində bütün ölkəyə yayılan sevinc dalğası tezliklə məyusluq və xaosla əvəzlənir.

İnsanların ölməməsi zamanın dayandığı anlamına gəlmir və artıq onları əbədi qocalıq gözləyir. Hökumətdən kilsəyə, səhiyyə müəssisələrindən ailələrə, müxtəlif qurumlardan mafiyaya qədər hər kəs ölümün aradan qalxamasının nəticələri ilə mübarizə aparmalıdır. Ancaq ölüm gözlənilməz bir kimliklə və gözlənilməz duyğularla insanlara qayıdır. Bəs necə?

İnsanın ölüm və ölümsüzlük qarşısındakı çaşqınlığını, mənəvi və əxlaqi çöküşünü ədəbi, ictimai və fəlsəfi baxımdan dərindən ələ alan Joze Saramaqonun bu əsəri həyata baxışınızı dəyişəcək.

Qiymət: 12 AZN

Borxes - "Qum kitabı-Şekspirin yaddaşı""Can" yayımları tərəfindən nəşr edilən bu kitab  Borxesin 1975-ci ildə nəşr oluna...
29/11/2024

Borxes - "Qum kitabı-Şekspirin yaddaşı"

"Can" yayımları tərəfindən nəşr edilən bu kitab Borxesin 1975-ci ildə nəşr olunan "Qum kitabı" və 1983-cü ildə çap edilən "Şekspirin yaddaşı" hekayə antologiyasından ibarətdir. Müəllifin avtobioqrafik elementləri fantastik ədəbiyyat ünsürləri ilə zənginləşdirdiyi "Qum kitabı"nda mifoloji qəhrəmanların, sehrli hadisələrin və fantastik məkanların bir-birinə qarışması oxuculara təqdim olunur.
Borxesin görmə qabiliyyətini itirdiyi illərdə katibi və həyat yoldaşının köməyi ilə yazdığı "Qum kitabı" müəllifin yetkinlik dövrünün ən mühüm əsəridir.
"Şekspirin yaddaşı" kitabında isə Borxesin dörd hekayəsi təqdim olunur. Hekayələrdə yaddaş, ədəbiyyat, əbədiyyət kimi mövzulara diqqət yetirilir.

Qiymət: 9 Azn

Address

Baku, Azerbaijan
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when book.xana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category