09/10/2018
"RZ-İNTER" şirkəti, Hündürlükdə iş zamanı texniki təhlükəsizlik üzrə təlim kurslarına sizləri dəvət edir.
Təlimlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 24 oktyabr 2016-cı il tarixli, 20/01-005 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə, həmçinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Akreditasiyasiya Mərkəzinin 24 iyul 2017-ci il tarixli, AZ04.0237.01.17 nömrəli, AZS İSO/İEC 17024-2014 “Uyğunluğun qiymətləndirilməsi. Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər” standartına uyğun olaraq Ziya Bünyadov prospekti (Dərnəgül qəsəbəsi) 2005-ci məhəllədə yerləşən "Hündürlükdə iş üzrə təlim məşq poliqonu"nda keçirilir.
"RZ-İNTER" GROUP