Barbati Parfum

Barbati Parfum Rəsmi Facebook Səhifəmizə xoş gəlmişsiniz! Barbati Parfum kommersiya fəaliyyətinə 28 iyul 2012-ci il tarixində başlamışdır.

27/01/2018
20/01/2018
11/11/2017

Ətir nə vaxt və necə istifadə edilməli?
Ekspertlərə görə, ətirin ən ideal sürtülmə zamanı duş sonrasıdır. Sürətli qan dövranı səbəbindən bədən istiliyi, qoxunun dəriyə daha qalıcı bir şəkildə alınmasını təmin edir və ətirin dəyişməsinin qarşısını alır. Əl biləyinə sürtülən ətir isə ovuşdurmanın təsiriylə molekulları zərər gördüyü üçün qoxu funksiyasını itirir. Estee Lauderin ətir vurmaqla əlaqədar əfsanəvi bir üsulu var; qoxunu əvvəl havaya sıxırsız və daha sonra yaranan qoxu buludunun altında durun...

23/10/2017

Düzgün ətiri necə tapmaq olar?
Bir ətir almağın ən yaxşı zamanı səhər saatlarıdır. O müddətdə hələ qoxu hiss etmə duyğusu oyanıq olur və gündəlik qoxular hələ havaya qarışmır. Belə ki,üç iyləmədən sonra fərqi ayırd etməkdə çətinlik çəkilir. Buna görə ekspertlər qoxu duyğunuzu təmizləmənin ən yaxşı yolunun təzə bir qəhvəylə mümkün ola biləcəyini ifadə edir. Qəhvə aroması digər bütün qoxuları yox edir və sonrakı seçiminiz üçün sizə yenidən fürsət yaradır. Sınadığınız ətiri əl biləyinizin içində deyil eyni zamanda yanınızda daşıya biləcəyiniz sınaq çubuqlarından iyləyin. Beləliklə aralarından seçki edə bilmədiyiniz fərqli qoxuları evdə yenidən test etmə imkanı tapa bilərsiniz.

21/10/2017

Hansı ətirlər daha qalıcıdır?
Ətir alarkən xanımları və bəyləri ən çox narahat edən sual: Bəs bu ətir qalıcıdır? Əldə etdiyimiz ətrin qalıcılığı bir çox detallardan, ilk növbədə ətrin tərkibindəki komponentlərin mənşəyindən və ətrin klassifikasiya qrupundan (şərqi, çiçəkli, fujer, sitrus və s.) asılıdır. Adətən sərin və sitrus ətirlərin qalıcılığı maksimum 6 saata qədər olur, çiçəkli və meyvəli ətirlər nisbətən daha cox, 8 saata qədər qalıcılığa malikdir. Tərkibinə müşk, ənbər daxil olan ağac qoxulu, şərq ətirləri isə ən qalıcı ətirlər hesab olunur və 8 saatdan çox qalıcılığa malik olurlar. Hər hansı ətrin qalıcılığında onun tərkibindəki maddələrin mənşəyi ilə yanaşı, konsentrasiyası da boyük rol oynayır. Bilirik ki hər bir ətrin tərkibi etil spirti, bəzən boyaq maddələrindən (bu ətrin qoxusuna heç bir təsir göstərmir), ətirli maddələrdən (efir yağları, heyvan mənşəli və süni maddələr) ibarətdir. Ətrin konsentrasiya növü onun tərkibinə daxil olan ətirli maddələrin miqdarından asılıdır.
* Parfum (Extrait) tərkibinin 20-30% ətirli yağlardan ibarətdir. Bu parfumeriyanın ən qalıcı və ən bahalı növüdür.

* Parfum Suyu ( Eau de Parfum –EDP) tərkibinin 10-20% ətirli yağlardan ibarətdir. Əlbəttə ki, bunun parfuma nisbətən qiyməti və qalıcılığı az olur. Lakin bu onun statusunu aşağı salmır. Çoxlarımızın ən çox müraciət etdiyi konsentrasiya növü məhz parfum suyudur.

* Tualet suyu (Eau de Toilette – EDT) tərkibinin cəmi 4-10% ətirli yağlardan ibarətdir. Tualet suyunun qalıcılığı digər konsentrasiyalara nisbətən az olsa da, bu onların istifadəçilərinin sayına təsir göstərmir. Tualet suyundan siz gün ərzində çəkinmədən bir neçə dəfə istifadə edə bilərsiniz. Bundan başqa, yay fəslində tualet suyu daha çox işimizə yarayır.

* Odekolon (Eau de Cologne – EDC) demək olar ki, tualet suyu ilə eynilik təşkil edir, amma tərkibinin 1.5% ətirli yağlardan ibarətdir. Kişi ətirlərinin əksəriyyəti EDT variantında istehsal olunur və tərkib hissəsi sayəsində EDP qadın ətirləri ilə demək olar eyni qalıcılığa malik olur. Bundan başqa qeyd edək ki, bəzən bir istehsalçının EDT varianti digər istehsalçının EDP variantından daha qalıcı olur. Bu istifadə olunan tərkib hissəsinin keyfiyyətindən asılıdır. Brendlər arasında bu qanuna uyğunluq pozulsada, brend daxili konsentrasiya uyğunluğu hər zaman qorunur.

Və, sevimli ətrimizin qalıcılığına təsir edən daha bir neçə amil:image-of-woman-smelling-perfume

* Yağlı dəridə quru dəriyə nisbətən ətir daha qalıcı olur. Əgər sizin dəriniz qurudursa ətirdən əvvəl nəmləndirici vasitədən istifadə etməyiniz məsləhətdir. Yaxşı olar ki bu istifadə etdiyiniz ətrin nəmləndirici bədən losyonu və ya bədən kremi olsun.

* Ətri bədəninizin nəbz hissələrinə, yəni qulaqlarınızın arxası, biləkləriniz, dirsək bürüşükləri, sinə oyuğuna vursanız onun qalıcılığını artıra bilərsiniz. Ətriniz tualet suyudursa onu saçlarınıza vurmaqdan çəkinməyin, saçlar ətri özündə daha çox saxlayır. Lakin saçların təmiz olması vacibdir, əks halda ətir saç yağı ilə birləşər və qoxusunu dəyişə bilər.

* İstifadə etdikdən sonra ətri əlinizlə dərinizə yaymayın, bu ətrin notlarının açılma ardıcıllığını poza bilər. Ətrafdakılar isə ətri aydın duya bilirlər. Yadda saxlayın ki, ən xoş qoxulu ətrin belə həddindən çox vurulması ətrafdakıları narahat edə və sizi gülünc vəziyyətə də düşürə bilər. Ən qalıcı ətir ən yaxşı ətirdir fikri şübhəsiz ki yanlışdır. Ən yaxşı ətir sizə sevinc və xoş təəssüratlar bağışlayan, xarakter və temperamentinizə uyğun olan ətirdir.

10/06/2017
09/05/2017

Cəsarət, təhlükə qarşısında ağlın və zəkanın istifadə olunmasıdır.- Platon

30/04/2017

səbr...

29/04/2017

XAHİŞ EDİRİK KÖMƏK EDİN..:(

İlkin Allahverdiyev adlı bu şəxs 27.04.2017 tarixində səhər evdən cıxıb və bir daha geri dönməyib. Görənlərdən 0702161011 və 0515765922 nömrələrinə zəng vurmağı çox xahiş edirik.

ƏN AZI PAYLAŞIN.

Allah hamınızdam razı olsun, sayənizdə İlkin tapıldı.

Address

BAKİ
Baku
1033

Website

Alerts

Be the first to know and let us send you an email when Barbati Parfum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share