Tövhid

Tövhid Tövhid- tək bilmək, ibadətdə Allahı təkləşdirmək deməkdir. Uca Allah Quranı Kərimdə b İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir. Luğman,9

05/06/2025

✒️ Ey Rəbbim! Həqiqətən, şükür və tərif yalnız Sənədir. Biz Sənə həmd edir, Səni köməyə çağırır, Səndən bağışlanma və bizi doğru yola yönəltməyi diləyir, nəfsimizin şərindən və p*s əməllərimizdən qorunmaq üçün yalnız Sənə pənah aparırıq. Sən kimə hidayət versən, o, doğru yolda olar. Və Sən kimi azdırsan, onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Səndən başqa ibadətə haqqı olan məbud yoxdur. Sənin şərikin yoxdur və mən şahidlik edirəm ki, Muhəmməd Sənin qulun və elçindir. Ona Sənin salavat və salamın olsun.

✒️ Allahım! Mən özümə çoxlu zülm etmişəm. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən! Ey Rəbbim! Bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan. Etdiyim günahların üzərini həm bu dünyada, həm də axirətdə ört. Ey Rəbbim! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!

✒️ Allahım, biz Səndən Firdous Cənnətini və ona yaxınlaşdıran sözləri deməyi və əməlləri etməyi diləyirik və Sənə cəhənnəm odundan, ona yaxınlaşdıran sözləri deməkdən və əməlləri etməkdən sığınırıq. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et! Ey Rəbbim! Mənə Öz yanında - Cənnətdə bir ev tik!

✒️ Allahım, nəfsimi təqvalı et və onu təmizə çıxart, Sən təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin qəyyumu və hamisisən! Ey Rəbbim! Bizi və bizdən əvvəl iman gətirmiş müsəlmanları bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən! Allahım, hidayəti, Allah qorxusunu, iffətli və qənaətkar olmağı Səndən diləyirəm.

✒️ Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam! Ey Rəbbim! Onlar (valideynlərim) məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et! Ey Rəbbim! Qiyamət günü onların başına qızıldan tac qoyulması üçün məni müvəffəq et!

✒️ Ey Rəbbim! Sənin nazil edəcəyin xeyirə daima ehtiyacım var! Rəbbim! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Mənə görünən və görünməyən, dünyam və axirətim üçün lazım olan bütün xeyirləri nəsib et. Məni görünən və görünməyən, dünyam və axirətim üçün zərərli olan bütün şərlərdən uzaq et.

✒️ Ey Rəbbim! Məni Quran hafizlərindən et! Onu mənim üçün asanlaşdır! Ey Rəbbim! Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et!

✒️ Ey qəlbləri döndərən! Qəlbimi dinin üzərində sabit et! Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Allahım! Öyrətdiklərinlə mənə fayda ver, fayda verəcək şeyləri mənə öyrət və elmimi artır! Allahım! Sən məni gözəl biçimdə yaratdın. Əxlaqımı da gözəl et!

✒️ Allahım! Bilə-bilə Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilmədiklərimə görə də Səndən bağışlanma diləyirəm!

✒️ Allahım, günahımı bağışla, yaşadığım yeri genişlət və mənə verdiyin ruzini bərəkətli et! Ey Rəbbim! Bu diyarı əmin-amanlıq yurdu et! Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!

✒️ Allahım, mənə verdiyin nemətin tükənməsindən, verdiyin uğurun dəyişməsindən, qəfil qisas almağından və bütün qəzəbindən Sənə sığınıram! Allahım! İsmətli olan dinimi, yaşadığım dünyamı və qayıdacaq axirətimi islah et. Xeyirli işlər üçün ömrümü artır, ölümümü isə şər əməllərdən qurtarmaq üçün rahatlıq vasitəsi et!

✒️ Allahım! Peyğəmbərimiz Muhəmmədə Sənin salavat və salamın olsun!

27/05/2025
27/05/2025

Əziz müsəlman bacı və qardaşlar. Bu gündən hər gün Quranı kərimin 20 ayəsini səhifədə paylaşacayıq. İn şə Allah

27/05/2025

ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ

Həmd, aləmlərin Rəbbi Allaha məxsudur –

Fatihə,2

27/05/2025

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

28/10/2024

Günahla üz-üzə dayandıqda, nəfsinə bu ayələri de!

10 dakikalık bir filmin yılın en iyi Kısa Film unvanı kazandığı ve sinemada gösterime gireceği açıklandı. Filmi merak ed...
14/06/2024

10 dakikalık bir filmin yılın en iyi Kısa Film unvanı kazandığı ve sinemada gösterime gireceği açıklandı. Filmi merak edip izlemeye gelen büyük bir kalabalık toplandı. Seyirciler salona girdi ve film oynamaya başladı ama bir gariplik vardı.

Film başlayalı 6 dakika olmasına rağmen ekranda aynı sahne vardı, kamera açısı sadece bir odanın tavanını gösteriyordu. 7.dakikada aynı sahnede bir değişiklik olmadan geçince seyirciler şikâyet etmeye başladılar ve bazıları zamanını kaybettiğini söyleyerek salondan ayrılmak istedi. Aniden kamera açısı tavandan yere indi ve omurilik felci, tamamen engelli yatağa uzanmış bir bayan görüldü…

Ve şu cümle yazılıydı:
“Bu engelli bayanın hayatının her saatinde gördüğü sahnenin sadece 8 dakikasını size sunduk ve siz buna 8 dakika bile katlanamadınız!
Hayatınızın her saniyesinin değerini bilin...
Alıntı

2024 cu il Ramazan təqvimi
10/03/2024

2024 cu il Ramazan təqvimi

10/01/2024

Başqalarının həyatı üzərindən nəyisə izah etmək doğru deyil. Lakin əlimizdə olan və ona əməllərimizlə laiq olmadığımız sonsuz nemətlərin fərqində deyilik.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Tövhid posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tövhid:

Share