Antik Herrac

Antik Herrac Antik əşyaları bizdən alın, bizdə satın. Minimal artım 1 manatdan 100 manata kimi ola bilər. Göstərilən minimal məbləğdən aşağı artım təklifi keçərsiz sayılacaq.

“Antik” Hərrac səhifəsinin şərtləri:

1.Hərracda iştirak etmək istəyənlər üçün qaydalar:

1.1 Hərraca çıxarılan əşya əvvəlcədən səhifə və əşyanın sahibi tərəfindən ortaq müəyyən olunan qiymətlə hərraca çıxarılacaq . Əşyanın ilkin qiyməti minimum 1 manat və ya daha çox ola bilər.

1.2 Hərracda iştirak edənlər üçün ən aşağı artım səhifə tərəfindən müəyyən olunacaq və əşyadan əşyaya dəyişəcək. Məsələ

n, əgər əşyaya minimal artım məbləği 2 manat qoyulubsa hərracda 1 manat artım edən şəxsin təklifi qeydə alınmır. Uyğun olaraq hər hansı bir şəxs 4 manat təklif edibsə, digər şəxs əşyanı almaq üçün 4 manata minimalo artım olaraq 2 manat çox, yəni 6 manat yazmalıdır. Hərraclarda qəpiklə artım nəzərə alınmır, minimal artım yanlız 1 manat ola bilər.

1.3 Hərracın keçirilmə müddəti səhifə tərəfindən təyin olunaraq hər paylaşımda qeyd olunacaq. Bu müddət bitdikdən sonra hərracda ən yüksək məbləğ təklif edən şəxsin təklifi keçərli sayılır və əşya ona satılır. Hərracın vaxtı bitdikdə ən yüksək məbləğ təklif edən şəxs bu əşyanı almalıdır. Hərraclar minimum 24 saat davam edir. Hərraclar saat 23:00-da bitir və 23:00-da edilən təkliflər keçərli sayılır. 23:00-dan sonra edilən təkliflər keçərsizdir

1.4 Hərracda təklif yazan hər hansı bir şəxslə bu təklifini təsdiq üçün səhifə tərəfindən əlaqə yaradılacaq. Əgər bu əlaqə zamanı təklif edən şəxs təklifini hərracın sonuna kimi təsdiqləməsə təklifi keçərsiz sayılacaq. Təklifin reallağı və hərracların şəffaflığı üçün təklif yazan şəxsdən səhifə nömrə istəyə bilər. Səhifə tərəfindən aşkar olunan və hərracın şəffaflığına zədə gətirə biləcək təklif yazan hər hansı bir saxta profil səhifədən çıxarılacaq və bir daha səhifəyə qayıda bilməyəcək.

1.5 Hərracda qalib gələn və əşyanı alan şəxslə 3 gün müddətində əlaqə saxlanılması mümkün olmadıqda və ya əşyanı almaqdan imtina etdikdə alıcıya xəbərdarlıq edilir. Alıcı bu zaman səhifədən çıxarılacaq və bir daha səhifəyə qayıda bilməyəcək. Hər hansı bir hərrac zamanı bu baş verərsə ən yüksək təklifdən aşağıda olan şəxsə bu əşya təklif olunacaq. Qeyd: İkinci ən yüksək təklifi verən şəxsə əşya təklif olunduqda əşyanı almaya bilər. Qeyd: İkinci ən yüksək təklif əşya sahibini qane etmirsə əşya yenidən hərraca çıxarıla bilər. Qeyd: Hərracda qazanılan əşya yenidən hərraca qoyula bilməz.

1.6 Hərrac keçirilərkən qoyulan əşya barədə səhifə istifadəçilərinin mənfi rəylər yazması, hərraca aid olmayan məlumat və ya sual verilməsi, hər hansı bir formada təhqirə yol verilməsi qadağandır və qeyd olunan qadağalara əməl etməyən şəxslərin rəyləri silinəcək. Hər hansı irad və təkliflərinizi səhifənin mesaj bölməsinə yazmağınız arzu olunandır.

1.7 Hərraca qoyulan əşya barədə hər hansı bir sualınız olsa və ya əlavə məlumat almaq istəsəniz zəhmət olmasa səhifənin mesaj bölməsinə yazın.

1.8 Səhifədə hərrac paylaşımlarında hər hansı bir səhifə və qrupun reklam olunması qadağandır. Bu hal həmin istifadəçinin səhifəyə girişini məhdudlaşdıracaq.



2.Hərracda antik əşyasını yerləşdirmək istəyənlər üçün qaydalar:

2.1 Hərraclarımızda kolleksiya üçün əşyaların, rəsm əsərlərinin, antik əşya və əskinasların və s. satışı baş tutur.

2.2 Hərraca qoymaq istədiyiniz əşyanın şəkilləri səhifənin mesaj bölməsinə göndərilir və əşyanın ili və vəziyyəti yazılır. Əşyanın paylaşılmasına səhifə qərar verir. Əgər əşya paylaşılmağa uyğundursa əşyanın daha keyfiyyətli və tam əks etdirən şəkilləri istənilir. Əşyanın hər hansı problemi varsa şəkillərdə bu mütləq görünməlidir və ya səhifəyə öncədən deyilməlidir. Məsələn, qədimi saatın şüşəsində xırda bir çat və ya cızıq varsa bu həm şəkillərdə görünməli, həm də səhifəyə yazılmalıdır. Bütün bunlar hərracın uğurla başa çata bilməsi üçün vacibdir.

2.3 Hərracın müddəti başa çatdıqdan sonra əşyaya ən yüksək məbləğ təklif edən şəxsə əşya mütləq satılmalıdır. Nəzərə alın ki, hərracda hər zaman siz gözlədiyiniz nəticə olmaya bilər. Sizin əşyanız gözlədiyiniz məbləğdən ucuz və ya baha satıla bilər.

2.4. Hərracın müddəti bitməmiş hərracda olan əşyanın satışı qadağandır.

2.5 Hərracda olan əşyanın sahibi hərraca müdaxilə etməməlidir. Əşyanın sahibinin hərrac zamanı rəylərdə əşyasını tərifləməsi və ya əşya barədə əlavə məlumat yazması qadağandır.

2.6 Hərraca qoyulan əşyanın reklama qoyulması zamanı reklamın ödənişi əşya sahibindən alınacaq.

2.7 Rezervli hərraclarda qiymət əşya sahibini qane etməsə əşyanı satmaya bilər. Rezerv qiymət öncədən əşya sahibi tərəfindən səhifəyə bildirilir və bu səhifə tərəfindən məxfi saxlanılır

2.8 Qaydalara əməl etməyən əşya sahibi səhifədə bir daha əşyasını yerləşdirə bilməyəcək. Hərracda iştirak etməmişdən öncə qaydaları oxuduğunuz üçün çox sağ olun! Hər hansı sual, irad və təklifiniz olarsa bizə yazın. Hörmətlə,
“Antik” Hərrac komandası

Hərracın kodu: 168044İlkin qiymət: 10 manatMinimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: AZƏRBAYCAN RESPUBL...
10/06/2026

Hərracın kodu: 168044
İlkin qiymət: 10 manat
Minimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: AZƏRBAYCAN RESPUBLİKASININ BURAXDIĞI İDEAL VƏZİYYƏTDƏ ÖZƏLLƏŞDİRMƏ PAYI ( HƏRRAC KOLLEKSİONERLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB ).

Not: PAYLAŞIMA ARTIQ YAZANLAR BLOK OLUNACAQLAR !!!

BURA RƏSMİ QURUM DEYİL !!! PAYLAŞIMIN RƏY HİSSƏSİNDƏ DƏ QEYD ETMİŞİK !!!

Ölkə: Azərbaycan
İl: 1996-1997 ci illər
Say: 1 ədəd
Vəziyyət: Əla/İdeal (şəkillərə baxın)
Qeyd: Orijinaldır içindəki 4 vərəq yerindədir.Hərrac kolleksionerlər üçün nəzərdə tutulub.

Hərracın bitmə vaxtı: 11.06.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Hərracın kodu: 168043İlkin qiymət: 10 manatMinimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: Q@R@B@ĞDA QƏLƏBƏMİ...
10/06/2026

Hərracın kodu: 168043
İlkin qiymət: 10 manat
Minimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: Q@R@B@ĞDA QƏLƏBƏMİZ MÜNASİBƏTİLƏ AVROPADA BURAXILMIŞ XÜSUSİ BUKLETDƏ XATİRƏ 0 EVRO BANKNOTU.

İl: 2021 ci il
Say: 1 ədəd
Vəziyyət: Əla/Yaxşı (Şəkillərə baxın)
Qeyd: orijinaldır.

Hərracın bitmə vaxtı: 11.06.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Hərracın kodu: 168042İlkin qiymət: 10 manatMinimal artım: 1 manat (Qəpiklə artım nəzərə alınmır)Əşya: MƏMMƏD ƏMİN RƏSULZ...
10/06/2026

Hərracın kodu: 168042
İlkin qiymət: 10 manat
Minimal artım: 1 manat (Qəpiklə artım nəzərə alınmır)

Əşya: MƏMMƏD ƏMİN RƏSULZADƏNİN ŞƏRƏFİNƏ AVROPADA BURAXILMIŞ XATİRƏ 0 EVRO BANKNOTU.

İl: 2018 ci il
Say: 1 ədəd
Vəziyyət: Əla/Yaxşı (Şəkillərə baxın)
Qeyd: Orijinaldır.

Hərracın bitmə vaxtı: 11.06.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Hərracın kodu: 168041İlkin qiymət: 10 manatMinimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: 1950 Cİ İLLƏRDƏ BE...
05/06/2026

Hərracın kodu: 168041
İlkin qiymət: 10 manat
Minimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: 1950 Cİ İLLƏRDƏ BELARUSİYADA İSTEHSAL OLUNMUŞ MELXİOR PORTSİQ@R.

Ölkə: Belarusiya
Material: melxior
İl: 1950 ci illər
Çəki: 128.55 qr
Vəziyyət: Əla/Yaxşı (Şəkillərə baxın)
Qeyd: orijinaldır.

Hərracın bitmə vaxtı: 08.06.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Hərracın kodu: 168040İlkin qiymət: 10 manatMinimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: TÜRKİYƏ DÖVLƏTİNİN...
05/06/2026

Hərracın kodu: 168040
İlkin qiymət: 10 manat
Minimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: TÜRKİYƏ DÖVLƏTİNİN TÜRK BÖYÜK MİLLƏT MƏCLİSİNİN 50 İLLİYİ ŞƏRƏFİNƏ BURAXDIĞI STOL ÜSTÜ MEDAL.

Ölkə: Türkiyə
İl: 1970 ci il
Material: bürünc
Çəki: 114.67 qr
Diametr: 70 mm
Vəziyyət: Əla/İdeal (Şəkillərə baxın)
Qeyd: orijinaldır.

Hərracın bitmə vaxtı: 08.06.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Rezervli hərracın kodu: 168039İlkin qiymət: 5 manatMinimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: SSRİ DÖVRÜ...
05/06/2026

Rezervli hərracın kodu: 168039
İlkin qiymət: 5 manat
Minimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: SSRİ DÖVRÜNDƏ 1970 Cİ İLLƏRDƏ BURAXILMIŞ ÜZƏRİNDƏ QARTAL ŞƏKLİ OLAN İŞLƏK VƏZİYYƏTDƏ MOLNİYA CİB SAATI

Ölkə: SSRİ
İl: 1970 cı il
Material: metal
Vəziyyət: Əla/Yaxşı (Şəkillərə baxın)
Qeyd: orijinaldır.

Hərracın bitmə vaxtı: 08.06.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Hərracın kodu: 168038İlkin qiymət: 10 manatMinimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: SSRİ DÖNƏMİNƏ AİD ...
05/06/2026

Hərracın kodu: 168038
İlkin qiymət: 10 manat
Minimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: SSRİ DÖNƏMİNƏ AİD MELXİORDAN HAZIRLANMIŞ QIZIL SUYUNA ÇƏKİLMİŞ FİNCAN - NƏLBƏKİ.

Ölkə: SSRİ
İl: 1980 ci illər
Çəki: 116.40 qr
Vəziyyət: Əla/Yaxşı (Şəkillərə baxın)
Qeyd: orijinaldır.

Hərracın bitmə vaxtı: 07.06.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Rezervli hərracın kodu: 168037İlkin qiymət: 5 manatMinimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: AZƏRBAYCAN...
04/06/2026

Rezervli hərracın kodu: 168037
İlkin qiymət: 5 manat
Minimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: AZƏRBAYCAN ZƏRGƏRLƏRİNİN SİFARİŞLƏ HAZIRLADIĞI ORİJİNAL QUTUSUNDA ÜZƏRİNDƏ MİLLİ RƏMZLƏRLƏ BƏZƏDİLMİŞ QIZIL SUYUNA ÇƏKİLMİŞ 875 ƏYAR GÜMÜŞDƏN HAZIRLANMIŞ STƏKANALTI.

Ölkə: Azərbaycan
İl: 2000 ci illər
Material: gümüş 875 əyar
Matetial: melxior
Çəki: 93.50 qr gümüş
Çəki: 14.10 qr melxior
Vəziyyət: Əla/Yaxşı (şəkillərə baxın)
Qeyd: orijinaldır.Stəkanaltıda əyar yoxdur.Amma 875 əyar gümüşdən hazırlanıb.

REZERVLİ HƏRRAC SATICINI QANE ETDİYİ QİYMƏTƏ ÇATANDA BAŞ TUTMUŞ SAYILIR.

Hərracın bitmə vaxtı: 07.06.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Rezervli hərracın kodu: 168036İlkin qiymət: 5 manatMinimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: SSRİ DÖVRÜ...
02/06/2026

Rezervli hərracın kodu: 168036
İlkin qiymət: 5 manat
Minimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: SSRİ DÖVRÜNDƏ İSTEHSAL OLUNMUŞ İDEAL - ƏLA VƏZİYYƏTDƏ ORİJİNAL QUTUSUNDA OLAN QƏLY@N.

Ölkə: SSRİ
İl: 1980 ci illər
Material: Ebonit və taxta
Vəziyyət: Əla/Yaxşı (Şəkillərə baxın)
Qeyd: orijinaldır.

Hərracın bitmə vaxtı: 04.06.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Rezervli hərracın kodu: 168035İlkin qiymət: 5 manatMinimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: ÇAR RUSİYA...
02/06/2026

Rezervli hərracın kodu: 168035
İlkin qiymət: 5 manat
Minimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: ÇAR RUSİYASININ ÇARI II NİKOLAYA AİD ORİJİNAL PATİNASI OLAN GÜMÜŞ BİR RUBL SİKKƏSİ.

Ölkə: Çar Rusiyası
İl: 1897 cu il
Diametr: 33.65 mm
Nominal: 1 rubl
Çəki: 19.72 qr
Material: gümüş
Vəziyyət: Əla/Yaxşı (Şəkillərə baxın)
Qeyd: orijinaldır.

Hərracın bitmə vaxtı: 04.06.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Address

Khagani 1
Baku

Opening Hours

Monday 12:00 - 20:00
Tuesday 12:00 - 20:00
Wednesday 12:00 - 20:00
Thursday 12:00 - 20:00
Friday 12:00 - 20:00
Saturday 12:00 - 20:00
Sunday 12:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Antik Herrac posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Antik Herrac:

Share

Category