03/06/2026
🎈 Uşaqlar Günü Park Bulvarda sevinc, əyləncə və rəngarəng anlarla qeyd olundu!
Tədbir balacalara və ailələrə unudulmaz bir bayram atmosferi yaşatdı. Kukla teatrı, kloun və sehrbaz şouları, rəqs çıxışları, master-klasslar, face art və köpük şousu gün ərzində qonaqların böyük marağı ilə qarşılandı.
Bir-birindən maraqlı fəaliyyətlər, əyləncəli proqramlar və uşaqların xoşbəxt təbəssümləri Park Bulvarı əsl bayram məkanına çevirdi. 💛
Bu gözəl günü bizimlə birlikdə keçirən bütün qonaqlarımıza təşəkkür edir, balacalarımıza sevinc dolu günlər arzulayırıq! ✨