SizinKitab

SizinKitab Bir kitabla başla

Təbiət ? yoxsa, şəhər ?Bəşər tarixində təbiətlə insan arasındakı əlaqə həmişə mühüm rol oynamışdır. İnsanlar min illər b...
14/06/2023

Təbiət ? yoxsa, şəhər ?

Bəşər tarixində təbiətlə insan arasındakı əlaqə həmişə mühüm rol oynamışdır. İnsanlar min illər boyu təbiətlə bir yerdə yaşamış, təbiətdən qidalanmış, təbiətlə harmoniyada hərəkət etmişlər.

Lakin müasir dövrün inkişafı ilə şəhər həyatı sürətlə yayılıb və təbiətlə əlaqəmizin azalmasına səbəb olur.

Bəs, insanın təbiətlə əlaqəsi niyə bu qədər vacibdir ?

Təbiətdə olmaq insanı dərin hüzur və rahatlıq hissi ilə doldura bilər. Yaşıllıqlar arasında gəzmək, quş səslərinə oyanmaq və ya açıq havada vaxt keçirmək insanların stressini azaldır, zehni sakitləşdirir və ruhu qidalandırır

Bu təsirlərin səbəbi təbiətin bizə təqdim etdiyi təbii elementlərlə uyumlu olmağımızdır.

Betondan tikililər, nəqliyyat, səs-küy və stress, şəhər həyatının qaçılmaz hissələrinə çevrilib. Şəhərlərdə hündürmərtəbəli binalar, asfalt yollar təbiətin yerini alıb. Bu, insanların təbii mühitdən uzaqlaşmasına və insanla təbiətin harmoniyasının pozulmasına səbəb olur

Bu gün bir çox insan iş imkanları və ya təhsil imkanları səbəbindən şəhər həyatına üz tutur. Təbii ki belə olan halda burada yaşamağa məcbur oluruq.

Amma təbiət ilə əlaqəmizi kəsməmək üçün bəzi yollar var.

Şəhər daxilində olan bağlar və yaşıllıqlar var. Boş vaxtlarınızı burada dincələrək keçirə bilərsiniz. Əgər işlərinizi komputer ilə görürsünüzsə yaşıllıq ərazilərə üz tutaraq həm istirahət edə, həm də işlərinizə oradan davam etdirə bilərsiniz.

Balkon, terras və ya kiçik bağdan istifadə edərək bitki yetişdirmək təbiətlə təmasda olmağın bir yoludur.

Həftəsonlarını şəhər kənarında gəzinti, piknik təşkil etmək də həll yollarına daxildir.

Bundan əlavə, şəhərsalmada təbii yaşayış mühitinə üstünlük verilməsi insanların təbiətlə əlaqəsini gücləndirəcək.

⌛ Zaman niyə sürətlidir ?💡Bu gün yaşadığımız müasir dünyada zaman anlayışı həmişəkindən daha dəyərli olub. 💻 İş həyatını...
13/06/2023

⌛ Zaman niyə sürətlidir ?

💡Bu gün yaşadığımız müasir dünyada zaman anlayışı həmişəkindən daha dəyərli olub.

💻 İş həyatını, ailə məsuliyyətlərini, ictimai münasibətləri və şəxsi məqsədləri tarazlaşdırmağa çalışarkən, zamanın məhdud olduğunun fərqinə varmağı unuduruq.

❓Bəs niyə vaxt bu qədər tez keçir?

ℹ️ Həyatımızın böyük bir hissəsi rutinlər və vərdişlərlə doludur. Gündəlik işlərimizi yerinə yetirərkən eyni işləri təkrarlayaraq zamanın nə qədər tez keçdiyinin fərqinə varmaya bilərik.

📅 Günlər bir birinə bənzəyir və zaman qavrayışımızda fərqlilik olmur.

👨‍💻 Texnologiyanın inkişafı ilə daim diqqətimizi yayındıran elementlər çoxalıb. Sosial şəbəkələr, e-poçtlar, bildirişlər deyəndə həmişə nə iləsə məşğul oluruq. Belə olan halda zamanın necə gəlib keçdiyinin fərqinə belə varmırıq. 🤳

🥱 Müasir həyatın özü ilə gətirdiyi yorğunluq və stress, zamanın tez keçməsi hissini tətikləyə bilər. Davamlı olaraq bir şey etmək, işləri yetişməyə tələsmək kimi faktorlar vaxtı daha sürətli qavramağımıza səbəb ola bilər.

❓ Bəs zamanı daha anlamlı yaşamaq üçün nə etməliyik ?

Həyatınıza məna qatan təcrübələrə vaxt ayırın. Istəklərinizə diqqət yetirin, sevdiklərinizlə keyfiyyətli vaxt keçirin. Hər anın fərqində olmağa çalışın. Belə olan halda zamanı daha anlamlı yaşacaqsınız✅.

⏳ Əgər işin ortasında vaxtın sürətlə keçdiyini görsəniz, fasilə verin. Beyninizi dincəldin, meditasiya edin və ya təbiətdə vaxt keçirin. 🌳🚶

Öncəliklərinizi təyin edin və vaxtdan planlı şəkildə istifadə edin.

💡 Unutmayın ki, biz yaşadığımız həyatın sürətli axınında vaxtı dayandıra bilmərik, ancaq onu necə hiss etdiyimizi idarə edə bilərik.

⏳Həyatınıza məna qatmaq üçün hər anı dəyərli edin. Zamana diqqət yetirmək zamanın sirrini başa düşmək üçün ilk addımdır.

💡 Domino effekti bir hərəkətin digər hərəkətə səbəb olması fikrinə əsaslanır və bu zəncirvari reaksiyalar nəticədə böyük...
12/06/2023

💡 Domino effekti bir hərəkətin digər hərəkətə səbəb olması fikrinə əsaslanır və bu zəncirvari reaksiyalar nəticədə böyük dəyişiklik yaradır.

1️⃣ İlk addımı atdığınız zaman hadisələr zənciri başlayır. Əsas odur ki, ilk addımı atmaqdan və hərəkətə keçməkdən qorxmayaq.

🎯 Böyük məqsədlərə nail olmaq üçün böyük addımlar atmaq cazibədar ola bilər, lakin davamlılıq baxımından çox vaxt problemlər yaradır.

💡 Burada domino effekti işə düşür. Kiçik bir addım atmaqla digər addımların avtomatik gəlməsinə icazə verirsiniz. Bir məqsədə doğru irəlilədikcə, daha çox motivasiya hiss edirsiniz və bu daha da irəli getmək üçün enerji mənbəyi olur.

💡 Hər böyük uğur kiçik addımlarla başlayır.


💡 Öyrənmək niyə bu qədər önəmlidir ?📚 Bilik bəşəriyyətin tərəqqisinin təməl daşlarından biridir. Cəmiyyətlərin və fərdlə...
11/06/2023

💡 Öyrənmək niyə bu qədər önəmlidir ?

📚 Bilik bəşəriyyətin tərəqqisinin təməl daşlarından biridir. Cəmiyyətlərin və fərdlərin inkişafı üçün bilik böyük əhəmiyyət kəsb edir.

ℹ️ Bilik bizi işıqlandırır, idrakımızı dərinləşdirir və gələcəyə doğru istiqamətləndirir.

❕Bilməyin, öyrənməyin yaşadığımız cəmiyyət üçün niyə bu qədər önəmli olduğunu nümunələr ilə göstərib mövzumuza giriş edək. 👇

1️⃣ Finlandiya, təhsil sistemi və biliyə yönümlü yanaşması ilə bilgili cəmiyyət nümunəsidir. Ölkədə yüksək təhsil standartları və yüksək savadlılıq səviyyəsi cəmiyyətin ümumi rifahını yüksəldib.

2️⃣ Sinqapur bilik və texnologiya yönümlü cəmiyyət modelini mənimsəmişdir. Ölkənin yüksək keyfiyyətli təhsil sistemi, tədqiqat və inkişafa qoyulan investisiyalar və sahibkarlıq ruhu Sinqapuru texnologiya və innovasiya mərkəzinə çevirib.ə

💡Təhsil biliyin yayılmasında ən mühüm vasitələrdən biridir və savadlı cəmiyyətlər daha ədalətli, davamlı və dinc gələcəyin əsasını qoyur.

🤔 Amma bununla yanaşı təhsil sistemi zəif olan ölkələr üçün də bir sıra vacib addımlar var.

📚 Kitablar, məqalələr, onlayn resurslar və digər məlumat mənbələri vasitəsilə özünüz öyrənə bilərsiniz.
Maraqlandığınız mövzuları araşdırın, internetin gücündən istifadə edin.
Seminar və təlimlərdə iştirak edin.

📖 Bilik insanlara özlərini təkmilləşdirməyə, dünyanı dərk etməyə və daha yaxşı gələcək qurmağa imkan verir. Bilikli fərdlər daha məsuliyyətli və düzgün qərarlar qəbul edir, cəmiyyətin dəyərlərini qoruyur.

✅ Yaşadığımız cəmiyyətdə bilikləri bölüşmək, öyrənməyə və inkişafa açıq olmaq hamımızın borcudur. Rifahı yüksək, xoşbəxt, gələcəyi parlaq bir cəmiyyət üçün bilgi ən vacib arqumentdir.

Oxuyun, öyrənin, araşdırın. ❕


💡 Hər gün çoxlu xəbərlər, məqalələr oxuyuruq. İnformasiya transferinin sürətlə yayıldığı müasir dünyada saxta məlumatlar...
10/06/2023

💡 Hər gün çoxlu xəbərlər, məqalələr oxuyuruq. İnformasiya transferinin sürətlə yayıldığı müasir dünyada saxta məlumatların da artdığı bir həqiqətdir.

❓Belə olan halda özümüzə sual verməli olduğumuz mühüm sual yaranır: Gördüyümüz, oxuduğumuz xəbər və ya məqalə nə qədər doğrudur ?

ℹ️ Müasir informasiya dövründə dəqiq məlumat əldə etmək və etibarlı mənbələri müəyyən etmək həmişəkindən daha vacib hala gəlib. Yanlış məlumat anlaşılmazlıqlara, manipulyasiyalara və çaşqınlığa səbəb ola bilər.

✅ Ona görə də doğru ilə yanlışı ayırd edə bilmək informasiya əsrinin mühüm bacarığına çevrilib.

👇 Gəlin birlikdə bunun öhtəsindən necə gələcəyimizə baxaq

1️⃣ İlk addım olaraq gördüyünüz xəbərin və ya məqalənin mənbəyini yoxlayın. Etibarlı və tanınmış xəbər təşkilatlarından, akademik nəşrlərdən və ya bu sahədə ekspertlərdən alınan məlumatlar daha etibarlı olur.

2️⃣ Məlumatı təsdiqləmək üçün bir xəbəri müxtəlif mənbələrdən yoxlayın. Müxtəlif xəbər saytları, akademik məqalələr və ya ekspert rəyləri kimi bir neçə fərqli mənbəni araşdıraraq məlumatın düzgünlüyünü qiymətləndirə bilərsiniz.

3️⃣ Mənbələrin etibarlılığını qiymətləndirmək üçün bəzi amilləri nəzərdən keçirin. Bunlara dərc olunduğu platformanın nüfuzu, müəllifin təcrübə sahəsi və elmi metodlara uyğun hazırlanmış məlumatların istifadəsi daxil ola bilər.

4️⃣ Saxta məlumat çox vaxt emosional dildən istifadə edir və oxucunun emosiyalarını hədəfə alır.

Xəbər və ya məqalədə həddindən artıq emosional dil, sərt dil varsa, məlumatın etibarlılığına şübhə edə bilərsiniz.

💡 Kitablar bəşər tarixi boyu bilik, hekayələr, fəlsəfə və əyləncə mənbəyi olmuşdur. Bu əsərlər adətən müəlliflərin təxəy...
09/06/2023

💡 Kitablar bəşər tarixi boyu bilik, hekayələr, fəlsəfə və əyləncə mənbəyi olmuşdur. Bu əsərlər adətən müəlliflərin təxəyyülü, təcrübəsi və hekayə bacarıqları ilə formalaşır.

📝 Bu müəlliflərin sayəsində, dünyada milyonlarla nüsxə satılacaq kitablar nəşr olunurdu

📚 Bunlardan biri də
“İki şəhərin hekayəsi” kitabıdır.

📖 200 milyon nüsxədən çox satışı ilə bütün dövrlərin ən çox satılan ədəbi əsəridir.

🖋️ Məşhur ingilis yazıçısı Çarlz Dikkensin 1859-cu ildə yazıb nəşr etdirdiyi romandır.

❓ Bəs, “İki şəhərin nağılı”nı bu qədər məşhur və maraqlı edən nədir?

1️⃣ Tarixi atmosfer. Roman 18-ci əsrin sonlarında baş verən hekayədən bəhs edir və Fransa İnqilabı zamanı London və Paris arasında baş verən hadisələrdən bəhs edir. Bu tarixi ab-hava oxucuları dövrün gərginlikli ab-havasına aparır və hadisələrin içində hiss etdirir.

2️⃣ Romanda dövrün sosial ədalətsizliklərdən və insanların vəziyyətindən bəhs edilir. Təbəqə fərqi, yoxsulluq, ədalət sisteminin qüsurları kimi mövzular oxucuları empatiyaya və düşünməyə vadar edir.

3️⃣ İki Şəhərin Hekayəsi kitabının unudulmaz sonu var. Romanın son hissəsindəki məşhur cümlə oxuculara dərindən təsir edir və hekayənin nəticəsi olaraq qalıcı iz buraxır.

It is a far, far better thing that I do, than I have ever done; it is a far, far better rest that I go to than I have ever known.

Romanın son hissəsindəki məşhur cümlə oxuculara dərindən təsir edir və hekayənin nəticəsi olaraq qalıcı iz buraxır.

❓Bilirik ki, həyatda hər birimizin maraqlandığı, araşdırmaq və cavabını tapmaq istədiyimiz suallar var.💡 Araşdırma aparm...
08/06/2023

❓Bilirik ki, həyatda hər birimizin maraqlandığı, araşdırmaq və cavabını tapmaq istədiyimiz suallar var.

💡 Araşdırma aparmaq, suallarımıza cavab tapmaqdan daha çox şey təklif edir. Bu, yeni fikirlərlə, ideyalarla tanış olmaq və dünyanı daha dərindən dərk etmək deməkdir.

❔ Bir mövzunu necə araşdırmalıyıq?
Gəlin birlikdə baxaq ... ✅

1️⃣ Mövzunu aydın şəkildə müəyyənləşdirin və diqqəti yönəltmək üçün konkret sual və ya problemi müəyyənləşdirin.

2️⃣ Kitabxanalar, onlayn data bazaları, elmi məqalələr, kitablar, jurnallar və etibarlı veb-saytlardan istifadə edərək resurslarınızı tapın.

Google Scholar (scholar.google.com)
Science Direct (sciencedirect.com)
JSTOR (jstor.org) kimi mənbələrdən istifadə edin

Google Scholar (scholar.google.com) Elmi məqalələr, konfrans sənədləri və akademik resursları axtara biləcəyiniz platforma.

Science Direct (sciencedirect.com)
2500+ jurnal və 33000+ kitabdan məqalələri asanlıqla tapın

STOR (jstor.org)
Geniş akademik məlumat bazası. Buraya tarix, sosial elmlər, incəsənət və humanitar elmlər sahələrində müxtəlif jurnal məqalələri daxildir.

3️⃣ Araşdırmanız üçün lazımi məlumatları toplayın. Bu məlumatlara statistika, tədqiqat nəticələri, sitatlar, qrafiklər və cədvəllər daxil ola bilər.

Topladığınız məlumatları təhlil edin və nəticə çıxarın. Tədqiqatınızın nəticələrini aydın şəkildə ifadə edin.

ℹ️ Ümumilikdə araşdırma 3 addımdan ibardətdir.

💡 Məlumat topla - Analiz et - Nəticə çıxart. ✅

💡Yazı prosesi bəzən çətin ola bilər, amma təslim olmayın. Başlanğıcda mükəmməl bir mətn hazırlaya bilməyəcəksiniz, ancaq...
07/06/2023

💡Yazı prosesi bəzən çətin ola bilər, amma təslim olmayın. Başlanğıcda mükəmməl bir mətn hazırlaya bilməyəcəksiniz, ancaq daimi təcrübə və təkmilləşdirmə ilə irəliləyə bilərsiniz.

Yazmaq marafon kimidir, onu addım-addım və davamlı olaraq edin.

📖 Oxucularınızı cəlb etmək üçün güclü bir başlanğıc edin. İlk səhifələr oxucunu cəlb etmək üçün vacibdir. Hekayənizi cəlbedici bir açılış cümləsi və ya maraqlı bir hadisə ilə başlaya bilərsiniz.

💡Hekayənizin yerlərini, personajlarını və hadisələrini canlandırmaq üçün daha detallı yazmağa davam edin. Oxucuların hekayənin içində hiss etmələri üçün daha detallı yazın.

📝 İlk qaralama həmişə mükəmməl olmaya bilər. Mətninizi yenidən oxuyun, dilinizi və hekayənizi nəzərdən keçirin və lazım olduqda paraqrafları yenidən təşkil edin.

💬 Yazılarınızı başqaları ilə paylaşın və fikirlərini alın. Siz ailənizdən, dostlarınızdan və ya ətrafdakılardan rəy ala bilərsiniz.

✅ Yaxşı və ya mənfi rəy yazı bacarıqlarınızı inkişaf etdirməyə kömək edir. Tənqid də müsbəti də qəbul edin və daim özünüzü təkmilləşdirməyə çalışın.

💡 Yazıçı olmağın ən vacib addımlarından biri oxumaqdır. Müxtəlif müəlliflərin əsərlərini kəşf edin, fərqli üslubları müşahidə edin və yazı texnikasını öyrənin. Oxuduqca yazı bacarıqlarınız inkişaf edəcək.


Motivasiya kitablarının əsl sirri barədə siz nə düşünürsünüz ?Motivasiya kitabları qaranlıq vaxtlarda işıq ola bilər. Ən...
01/06/2023

Motivasiya kitablarının əsl sirri barədə siz nə düşünürsünüz ?

Motivasiya kitabları qaranlıq vaxtlarda işıq ola bilər. Ən əsası, motivasiya kitabları bizə xatırladır ki, içimizdəki güclü potensialı üzə çıxarmaq və arzularımızı gerçəkləşdirmək öz əlimizdədir.

Dünyamızın sərhədlərini aşmaq və kainatın dərinliklərinə səyahət etmək arzusunda olanlar üçün “Kosmos” kitabı ən yaxşı b...
31/05/2023

Dünyamızın sərhədlərini aşmaq və kainatın dərinliklərinə səyahət etmək arzusunda olanlar üçün “Kosmos” kitabı ən yaxşı bələdçidir

Karl Saqanın bu möhtəşəm əsəri kainatın sehrini və elmi marağı bir araya gətirir.

Fikirlərinizi bizimlə bölüşün 👇
29/05/2023

Fikirlərinizi bizimlə bölüşün 👇

Dünyanın ən qısa hekayəsi kimi tanınan "Satılır: uşaq ayaqqabıları, heç geyinilməyib", altı sözlə bütöv bir hekayəni dan...
28/04/2023

Dünyanın ən qısa hekayəsi kimi tanınan "Satılır: uşaq ayaqqabıları, heç geyinilməyib", altı sözlə bütöv bir hekayəni danışır:

“Satılır: uşaq ayaqqabıları, heç geyinilməyib”.

Bu hekayənin tam olaraq nəyi izah etdiyi ilə bağlı müxtəlif şərhlər var. Bəziləri hesab edir ki, bu hekayə valideynlərin körpələri öldükdən sonra satdıqları uşaq ayaqqabılarından bəhs edir.

Bu hekayə minimalizm üslubunun ən görkəmli nümunələrindən biri hesab olunur və bir çox şərhlərə açıqdır və bu, oxucunun təxəyyülünə buraxılır.

Address

Baku. Khatai
Baku
1030

Alerts

Be the first to know and let us send you an email when SizinKitab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SizinKitab:

Share