Namaz

Namaz (Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku e

12/03/2022

♥️♥️

18/02/2022

Quranda imandan qaynaqlanan və ruhda dərin təsir meydana gətirən sevgiyə diqqət çəkilir. Bu sevgiyə sahib olmaq əmək tələb edir. Fədakarlıq, səbir, cəsarət və diqqət Quranda xəbər verilən sevgi anlayışının tərkibinə daxildir. Rəbbimiz Quranda p*sliyə və p*s sözə qarşı ən gözəl şəkildə cavab verməyi və insanlara yaxşı davranmağı da sevginin əsası kimi bildirir.

Kimdən soruşursunuz soruşun, insanların əksəriyyəti sevgini və sevməyi çox yaxşı bildiklərini və sevdikləri bir çox insan olduğunu söyləcəklər. Halbuki dünyada sevgini və sevməyi bacaran insanların sayı çox azdır. İnsanların sevgi zənn etdikləri isə həvəs hissidir. Zaman keçdikcə bu duyğunun sevgi olmadığı açıq şəkildə ortaya çıxır. Əsl sevgi Allah sevgisindən qaynaqlanan və Onun razılığı üçün yaşanan, bir çox sınaqdan keçdiyi halda, heç vaxt zədələnməyən, zamana, çətinliklərə, çatışmazlıqlara, yanlışlara səbir edə bilən və daim artan duyğuya verilən addır.

16/02/2022

Quran:

«Məni yad edin ki, sizi yad edim. Mənə şükr edin və naşükür olmayın.» ( Bəqərə, ayə 152 )

15/02/2022

"Hz.Əli (ə) haqqinda qisa melumat."

Həzrət Əli(ə) Fil əshabı hadisəsindən 30 il sonra Rəcəb ayının 13-də Kə`bə evində dünyaya göz açmışdır. Həzrət Məhəmməd (s) peyğəmbərlik məqamına çatanda Əlinin(ə) 10 yaşı vardı. Həzrət Əli(ə) həzrət Məhəmmədin(s) 23 illik peyğəmbərliyi dövründə daim onun yanında olmuşdur. Onun atasının adı Əbu-Talib(ə), anasının adı Fatimə olmuşdur. Həzrət Əli(ə) Peyğəmbərin(s) qızı Fatimə(s.ə) ilə ailə həyatı qurmuş və bu izdivacdan dörd övlad dünyaya gəlmişdir: İmam Həsən(ə), Imam Hüseyn(ə), Zeynəbi-Kubra, Ümmü Gülsüm. Peyğəmbər(s) dünyasını dəyişdikdən sonra fədakar xanım həzrət Fatimə(s.ə) 18 yaşında ikən dünyasını dəyişmişdir. Həzrət Peyğəmbər(s) qızı FatimənI(s.ə.) xüsusi bir məhəbbətlə sevirdi. Həzrət buyurur: “Fatimə mənim tənimin parasıdır. Onu sevindirən məni sevindirir, onu incidən məni incidir. Fatimə mənim üçün ən əziz insandır.” Bə`zi rəvayətlərdə nəql olunur ki, həzrət Peyğəmbər (s) belə buyurmuşdur: “Allah Fatimənin (s.ə.) qəzəbinə görə qəzəblənir, onun razılığına görə razı qalır.”
Xanım Fatimə (s.ə.) bütün varlığı ilə Əmirəl-mö`minin Əli ibn Əbu Talibin(ə) vilayət, imamət məqamını müdafiəyə qalxmışdı. Xanım elə bu yolda da canını fəda etdi. Peyğəmbər(s)
dünyasını dəyişdikdən sonra həzrət Əli(ə) iyirmi beş il hakimiyyete bey'ət etmedi. Hicri 35-ci ildə xalq müsəlmanların rəhbəri kimi həzrət Əliyə(ə) bey'ət etdilər. Həzrət Əli(ə) beş ilə xəlifəlik etdi. Hicri 40-cı ilin ramazan ayında 63 yaşlı Əmirəl-mö`minin(ə) Kufə məscidində şəhadətə çatdı. İmamın pak məqbərəsi İraqın Nəcəf şəhərindədir. Həzrət Əlinin(ə) ləqəbi “Əmirəl-mö`minin”, künyəsi (nəsil vasitəsi ilə çağırışı) Əbül-Həsən” olmuşdur. Bərəkətli “Nəhcül bəlağə” məcmuəsi həzrət Əlinin (ə) buyuruqları, məktubları və hikmətli sözlərindən tərtib olunmuşdur. Kitabın tərtibçisi Seyid Rəzidir.

14/02/2022

Ləbbeyk Ya Huseyn (ə.s)

Mübarək Ramazan ayı təqvimi və duaları - 28-ci günün duası Bakıda sübh azanı saat 03:39-da, axşam azanı isə saat 20:12-d...
21/05/2020

Mübarək Ramazan ayı təqvimi və duaları - 28-ci günün duası

Bakıda sübh azanı saat 03:39-da, axşam azanı isə saat 20:12-dədir.

اللَّهُمَّ وَفِّرْ حَظِّي فِيهِ مِنَ النَّوَافِلِ وَ أَكْرِمْنِي فِيهِ بِإِحْضَارِ الْمَسَائِلِ وَ قَرِّبْ فِيهِ وَسِيلَتِي إِلَيْكَ مِنْ بَيْنِ الْوَسَائِلِ يَا مَنْ لا يَشْغَلُهُ إِلْحَاحُ الْمُلِحِّينَ

Duanın oxunuşu: Əllahummə vəffir həzzi fihi minən nəvafil, və əkrimni fihi biihzaril məsail, və qərrib fihi vəsiləti iləykə min bəynil vəsail, ya mən la yəşğəluhu ilhahul mulihhin.

Duanın tərcüməsi: İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!

İFTAR DUASI

اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.

Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!


Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
28-ci gün - 6 rukət (Hər rukətdə 1 Həmd, 100 Ayətəlkursi, 100 İxlas, 100 Kovsər və namazdan sonra 100 dəfə salavat)

Mübarək Ramazan ayı təqvimi və duaları - 27-ci günün duası Bakıda sübh azanı saat 03:40-da,  axşam azanı isə saat 20:11-...
20/05/2020

Mübarək Ramazan ayı təqvimi və duaları - 27-ci günün duası

Bakıda sübh azanı saat 03:40-da, axşam azanı isə saat 20:11-dədir.


اللَّهُمَّ ارْزُقْنِي فِيهِ فَضْلَ لَيْلَةِ الْقَدْرِ وَ صَيِّرْ أُمُورِي فِيهِ مِنَ الْعُسْرِ إِلَى الْيُسْرِ وَ اقْبَلْ مَعَاذِيرِي وَ حُطَّ عَنِّيَ الذَّنْبَ وَ الْوِزْرَ يَا رَءُوفا بِعِبَادِهِ الصَّالِحِينَ

Duanın oxunuşu: Əllahummərzuqni fihi fəzlə ləylətil qədr, və səyyir umuri fihi minəl usri iləl yusr, vəqbəl məaziyri və huttə ənniz zənbə vəl vizr, ya rəufən biibadihis salihin.
Duanın tərcüməsi: İlahi, bu gün “qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah!

İFTAR DUASI

اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
27-ci gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 1 Mülk. 28 İxlas da oxuna bilər)

Bu gün hаqqа әyilmәsәniz, bir gün bunа mәcbur оlаcаqsınız!Dəryadan bir damlaAllah-Taala Qurani-Kərimin “Əraf” surəsinin ...
19/05/2020

Bu gün hаqqа әyilmәsәniz, bir gün bunа mәcbur оlаcаqsınız!

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Əraf” surəsinin 4-5-ci ayələrində buyurur:

وَكَم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا فَجَاءهَا بَأْسُنَا بَيَاتًا أَوْ هُمْ قَآئِلُونَ. فَمَا كَانَ دَعْوَاهُمْ إِذْ جَاءهُمْ بَأْسُنَا إِلاَّ أَن قَالُواْ إِنَّا كُنَّا ظَالِمِينَ.

“Biz nә çох abadlıqları (və onların əhalisini) həlak etdik! Bizim qәzәbimiz (əzabımız) gеcә, yа gündüz istirаhәt edərkən оnlаrın sоrаğınа gәldi. Qәzәbimiz оnlаrın sоrаğınа gәldikdə, dаnışıb еtirаz еtmәdilәr, yаlnız “biz, şübhәsiz, zülmkarlardan idik” dеdilәr.”

Bütün zülmkarlar Аllаhın qәzәbi ilә üzlәşdikdә, öz sәhvlәrini еtirаf еdirlәr. Аmmа bu еtirаflаrın hеç bir fаydаsı оlmur.

Digәr bir аyәdә охuyuruq: “Әzаbımızı gördükdә dеdilәr: “Yеgаnә Аllаhа imаn gәtirdik... Аmmа әzаb mәqаmındа imаn gәtirmәyin оnlаr üçün bir fаydаsı оlmаdı.” (“Muminun”, 84-85.)

Bildirişlər

1. Аllаhın qәzәbinә tuş gәlib mәhv оlаn mәntәqәlәr çохdur.

2. Bаşqаlаrının аcı tәcrübәlәrindәn ibrәt götürәk.

3. Qurаn хаlqın mәhvi әvәzindә mәntәqәlәrin mәhvini bәyаn еtmәklә göndәrilәn әzаbın böyüklüyünü nәzәrә çаtdırır.

4. İlаhi cәzаlаr tәkcә ахirәtә аid dеyil. Hәmin әzаbın nümunәlәrini dünyаdа dа görә bilәrik.

5. Аllаhdаn qеyrisini övliyа, rәhbәr sеçәn kәs ilаhi qәhr-qәzәb intizаrındа оlsun.

6. Ümmәtlәrin itаәtsizlik vә bаşqаlаrınа tаbеçilik sәbәbindәn mәhvi ilаhi sünnә vә qаnunlаrdаndır.

7. Аllаhın irаdәsi hәr şеyi virаn qоyа bilәr.

8. İlаhi qәhr-qәzәb bәzәn qәfil оlur vә insаnın çıхış yоlu tаpmаq üçün mаcаlı qаlmır.

9. İstirаhәt zаmаnı nаzil оlаn әzаb qәfil vә аcı оlur.

10. Rifаh, аsаyiş zаmаnı sinәsinә döyüb şüаr vеrәn çох оlur, tәhlükә yаrаnаndа isә kimsәnin dаnışmаğа sözü оlmur.

11. Hаdisәlәr vә tәhlükәlәr zamanı insаnın qüruru sınır, qәflәt pәrdәlәri kәnаrа çәkilir, vicdаnlаr оyаnır.

12. Әgәr bu gün könüllü оlаrаq hаqqа әyilmәsәniz, bir gün bunа mәcbur оlаcаqsınız.

13. Аllаhdаn qеyrilәrinә üz tutmаq vә pеyğәmbәrlәrә itаәtsizlik zülmdür. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 4-cü cild, “Əraf” surəsi, 4-5-ci ayələrin təfsiri.)


Maide.az

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Namaz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share