02/02/2023
1-ci bölüm 8-ci hissə
Zəng edən qardaşı Nazir idi.Telefonu açıb dedi:
-Salam. Nə yaxşı məni yadına saldın?
-Ay qız bir qoy nəfəs alaq hara hücuma keçirsən?
Nəzrin gülümsəyən də Kamilin onun boynuna baxdını gördü. Bu da üzünün ciddiləşməsinə səbəb oldu. Qardaşına dedi:
-Niyə keçmiyim ki? Heç məni yadda salmırsan.
Telefonun o biri ucunda şən bir cavan oğlanın səsi gəldi:
-Məndən olsa səni axtarmazdım.Amma gəlki atam başımı xarab edib. Hardasan?
-Belə oldu.Demirəm.
-Yaxşı-yaxşı. De görək hardasan?
-De ki sənin çox istiyirəm deyim hardayam.
Cavan oğlanın şən səsini, gülüş əvəz elədi:
-Səni çox istəməsəydim heç zəng edərdim?
Nəzrin göz ucu Kamilə baxdı.Kamil sanki onun boynunda nə isə axtarırdı. Bu onun əsəbləşdirsə də bunun səbəsiz olmadığını başa düşürdü. Hər hansı p*s bir fikri olan biri bunu əvvəldən hiss etdirərdi. Nəzrin gülümsəyib dedi:
-Bilirəm. Ancaq mən səndən eşidmək istiyirəm.
-Yaxşı dəli qız yaxşı. Sən dünyadakı ən gözəl bacısan. Səni çox istiyirəm.
Nəzrinin üzü sanki çiçək kimi açdı.Sevincinin həddi-hüdudu yox idi.Bunu qaradaşından çox eşidsə də həmişə deməsi istiyirdi. Bu ona tənha olduğu fikrini unutdururdu. O qardaşından 2 yaş böyük idi. Kamilə baxdı.Artıq onun boynuna baxmırdı, üzündə təbəsüm var idi.Nərin şən bir havaya dedi:
- Bizdən 85 nömrəli avtobusa minəcəm məni "Koala parki"nın yanında gözləyəsən.
-Yaxşı çatana yaxın zəng edərsən yaxşı?
-Baş üstə.
Telefonu söndürüb,bir neçə saniyə gülümsəyərək baxdı.Kamilə baxıb dedi:
-Baxışlayın sizə də narahat edirəm. Amma soruşa bilərəm niyə boynuma baxırsız?
-Buyurun, xoşdu. Kəpəniyi axtarırdım.
-Nə kəpənəyi ?
-İlk gördüyümdə həmçinin ikinci dəfə gördüyümdə də boynuzda kəpənəyə oxşayan boyunbağı vardı.İndi isə yoxdu.
Nəzrinin üzünə kədər çökdü. Titrək səslə dedi:
-O mənə rəhmətli dayımın hədiyəsəi idi.- Güclə gülümsəyib əlavə etdi- Həmişə eyni boyunbağını taxmayacam ki?
Kamil ciddi görünüş aldı.O da ana, ata itkisi yaşamışdı.Sevdiyin birini itirməyin nə olduğunu yaxşı başa düşürdü. Nəzrindən qat-qat yaxşı.Söhbəti dəyişmək vacib olduğunu başa düşürdü.Ona görədə sözü dəyişmək üçün dedi:
-Bir az əvvəl bir zavodun qarşısından keçdik.
-"Bakı Vaqon Təmiri Zavodu"nu deyirsiz?
-Bəli.Onun binasının nə vaxt tikildiyini bilirsiz?
Nəzrin Kamilin bu sualı söhbəti dəyişməyə həm də onun diqqətini yoxlanması üçün verildiyini bilirdi. Söhbəti dəyişmək onun üçün də xoş idi.Həmişə ki gülümsəməsi ilə dedi:
-1892.
-Hardan bildiz?
-Binanın üzərin də yazılmışdı.Mən də sizə sual verə bilərəm?
-Buyurun.
-Bir az əvvəl yanından keçdiyimiz travel şirkətinin iş vaxtını deyə bilərsiz?
-İş saat 10:00 - 19:00 nahar fasiləsi 14:00 -15:00.
-Doğurdan da diqqətlisiz.
Artıq 85 nömrəli avtobusun yanına çatmişdılar.Avtobus təzəcə dayanmışdı.Kamil avtobusa minməsi üçün Nəzrinə yol verdi. Nəzrin cəld kartını çıxarıb, yol pulunu ödəmək istədi ancaq kartda pul qurtarmışdı. Kamil kartı çıxarıb ikisin də keçirdi. Arxada bir az qabaqdakı oturacaqlarda əyləşdilər. Kamil pəncərəyə yaxın, Nəzrin isə yanında əyləşdi. Nəzrin Kamilə ödədiyi pulu versə qəbul etməyəcəyini bildiyi üçün heç nə demədi. Bir neçə nəfər də avto-
busa mindilər.15-20 yaşların bir cavan oğlan maşına minib sürücüyə dedi:
-Dayday karta pul qurtarıb, terminalda işləmir.İcazə ver içəri keçim pulunda nağd verim.
Sürücü 50 yaşlarında saçları ağarmışdı.Üzü təmiz qırğılmış,qəhvəyi gözləri insana xoşbəxtliklə baxırdı. Amma gözlərinin dərinliyində kədər gözə deyirdi. Ətli yanaqları, ona nurani bir insan görünüşü verirdi.Ürəkdən gələn təsüf hissi ilə dedi:
-Vallah məndən olsa belə vaxta pulsuzda keçirərəm.Ancaq müdriyyət icazə vermir.
Bu oğlanın vəziyyətində çoxlu insan var idi. Kamil ayağa qalxıb, oturan insanlara baxdı. Hər bir sanki yas mərasiminə gəlmiş kimi sakit oturmuşdu.Bu Kamili qəzəbləndirirdi. Əsəbi halda qapiya tərəf yaxınlaşdı.O yaxınlaşana qədər cəld yerində oturmuş rus əsli bir xanım ayağa qalxıb, oğlan üçün kartla ödəniş etdi. Gənc xanımın kart da pulu qurtarana qədər daha 7 nəfəri keçirdi.Keçirdiyi insanlar ödəniş haqqın ona vermək istəsələr də o qəbul etmədi. Keçirdiyi qızlardan biri onun təkidlə pulu uzadaraq dedi:
- Xahiş edirəm gediş haqqını götürün.
-Yox, olmaz.Belə vəziyyət də pul almağı düzgün olmaz.
-Heç olmasa adınızı deyin.
Xanım gülümsüyüb dedi:
-Adım İrinadı.
-Çox təşəkür edirəm.
-Mənim bir vətəndaş kimi borcumdu.
Kamil də kartda pulu qurtarana qədər 2-si qız 3 oğlan olmaqla 5 nəfəri keçirdi.Onda pulu vermək istəsələr də o da pulu götürmədi. Kartda pul yetmədiyinə görə özünü əsəbləşirdi. Avtobusda əyləşənlərlə baxdı. Bəzilərin kart da pulu olsa da kimsə keçirmək istəmirdi. Əsəbi şəkil də gedib öz yerinə əyləşdi.Bəzi sürücülərin üzərinə düşsə də sürücü dedi:
-Vallah mən də müdriyyətdən aslıyam. Mən qaydalara qarşı gələ bilmərəm. –Birdən sürücünün ağlına nə gəldisə telefonu zəng etdi. –Alo Akif hardasan? .... kartını götürüb "Milli Bank"ın yanına gələ bilərsən? ....Hə düzdü....O olar de gəlsin...Amma tez de gəlsin bir az dan getməliyəm..... Yaxşı sağ ol.
Telefonu söndürüb cibinə qoydu. İdmançı görnüşlü cavan oğlan içəri daxil oldu. Özü bilikdə kartla 8 nəfəridə keçirdi. Bir neçə dəqiqə sonra bir cavan oğlan gəldi.Sürücüyə dedi:
-Salam Əjdər dayı necəsən?
-Sağ ol oğul gördüyün kimi. Sən necəsən?
Oğlan gülümsəyib dedi:
-Həmişəki kimi yaxşı görünürsən. Mən də yaxşı.
Cibindən 3 kart çıxardıb. 11 Nəfəri keçirdi. Keçirdiklərinin arasından pul vermək istəyən olsada qəbul etmədi.Əjdər adlı sürücü cibindən pul çıxarıb dedi:
-İlyas bala götür bu pulu.
-Əjdər dayı ayıb olar.Akif mənə nə deyər? Sən demədin mən eşidmədim.
-Bəs sən evə necə gedəcəksən?
-Əjdər dayı mən burda qalıram.
-Yaxşı oğlu.
İlyas maşından düşüb getdi.Bəzi adamlar həyasızlıq etmək keçmək istəsə də bu alınmadı. Yarıyacan dolan avtobus yola düşdü.Kamil həmişəki kimi kitab oxuyurdu.Arada sürücüyə fikir verir sanki üz cizgilərini yadda saxlamaq istəyirdi. Nəzrin Kamil kimi biri ilə yol getdiyinə çox sevinirdi. Amma daha çox İrina adlı qıza fikir verirdi.İlk görüşdən elədə xoş təsir bağışlamırdı. Qısa kəsilmiş sarı saçları, modelyer qurluşu bedəninə geyindiyi çox enli paltarla heç uyğunluq yaratmırdı. Çirkli paltarı və köhnəlmiş əl çantası onun o qədər də təmizkar olmadığını göstərirdi. Ancaq makyajsız üz qurluşu, enli paltarın özün biruzə edən bədən qurluşu gözəlikdən başı çıxan hər bir oğlanın diqqətini çəkə bilərdi. Üzün də insanı içdən rahatlıq verən xoş bir təbəssümü var idi.Böyük xəyalları olan,ona çatmağa çalışan sevinc dolu qəhvəyi gözlər sanki bu gözəliyi tam doldururdu. Baxışlarından, geyim tərzindən çox maraqlı insana oxşayırdı İrina. Bəs yanındakı oğlan.Görəsən o da maraqlı idimi yoxsa bu qapalı həyat tərzi oğlanın elə də maraqlı həyatı yox idi? Bunun yalnız zaman göstərə bilər. Qısa da olsa bu yol yoldaşlığı həm onu yormuş həm də bu oğlana etibar hissi yaratmışdı. Sankı bu oğlanı illərdi tanıyırdı.Başını Kamilin çiyninə qoydu. Kamil ilk olaraq diksinsə də, Nəzrinin başını çiyninə qoyduğunu görüb, təəccübləndi. Mümkün qədər onun üzünə baxmağa çalışdı. Nəzrinin xəyala daldığını görüb, susmağı düzgün bildi. Hər saniyə keçdikcə sankı ürəyin də ilıq bulaq axırdı. Bu yad hiss ona qəribə təsir yaradırdı.Həmişəki kimi hisslərini cilovlayıb, fikrini kitaba cəmlədi. İnsanlarla məsafə saxlamağı sevirdi və bunu düzgün hesab edirdi. Nəzrin çox yaxşı bilirdi ki, ətarafdakılar onların sevgili olduqlarını düşünür. Ancaq bu onun zərə qədər də maraqlı deyildi. Görəsən Kamil onun bu hərəkəti haqda nə düşünür? Görəsən Kamil bu hərəkəti sevgi kimi başa düşür? Görəsən sevgiyə görə bu hərəkəti etdi? Yox. Ələbətdə yox. Bu ona inandığının göstərgəsi idi. Başa düşmədiyi hislər keçirirdi. Əslində buna ehtiyacı olduğuna görə bunu etdi. Dayısının ölümündən sonra özünü çox tənha hiss etməyə başladı. Uşaqlıqda keçirdiyi dayısının köməkliyi ilə öldürdüyü tənhalıq hissi. Ona görə Aydan Zaur adlı oğlanın onunla tanış olmaq istədiyini dedik də razılaşdı. Bu hissi öldürmək üçün.Bəzən bu hissi ürəyindən qoparıb uzaqlara tulamaq istiyir. Ancaq mümkünsüzdü.Nəzrin dedi:
-Kamil bəy sizi narahat etmirəm.
-Məni narahat etsə tək bir məsələ edə bilər. O da gec bu barədə soruşmağınız.
Nəzrin başını qaldırıb dedi:
-İcazə almadığıma görə üzr istiyirəm.
Nəzrin diqqətlə Kamilin üzünə baxdı.Baxışları sankı onun üzün də nə isə axtarırdı. Kamil normal səs tonu ilə dedi:
-Narahat olmayın xoşdu.
-Artıq avtobus "Koal park"ına yaxınlaşır.Sağ olun.
-Sizdə sağ olun.