isra_kitab

isra_kitab "Heç bir ev kitabsız qalmasın" şüarıyla xidmətinizə gəldik. Kitab insan həyatında çox m?

“Şərin Qürubu” romanı tamamilə Azərbaycan və şərq mifalogiyasına əsaslanan fantastik və mistik sujet xətti təqdim edir. ...
13/05/2026

“Şərin Qürubu” romanı tamamilə Azərbaycan və şərq mifalogiyasına əsaslanan fantastik və mistik sujet xətti təqdim edir. Əsərin ana xətti xeyir və şərin mübarizəsində irəliləyir. Var olduğu inkar ediləcək qədər qədim və müəmmalı dövrdə özünüzü qəhrəmanlarla bir yerdə şərlə mübarizə apararkən, yaxud şərə xidmət edərkən tapacaqsınız.

26/04/2026
Makedoniyalı İsgəndər və AtropatHəsən HəsənovHəsən Həsənovun təqdim olunan monoqrafiyası Azərbaycanın qədim tarixinin mü...
26/03/2026

Makedoniyalı İsgəndər və Atropat
Həsən Həsənov
Həsən Həsənovun təqdim olunan monoqrafiyası Azərbaycanın qədim tarixinin mühüm məsələlərini əhatə edən kompleks fənlərarası tədqiqata ilk cəhddir. Monoqrafiyada Azərbaycan adlı ölkənin mənşəyi və onun hakim sülalələri kimi problemlər öz əksini tapıb. Əsərdə tutarlı arqumentlərə əsaslanan və Azərbaycan adlı ölkənin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya təqdim olunur.
Əsərin adından tarixin cəmi 10 ilindən söz açıldığı görünsə də, əslində kitab həmin dövrdən əvvəlki və sonrakı bir neçə əsrin hadisələrini əhatə edir. Antik dövr Azərbaycanının görkəmli dövlət xadimi Atropatın obrazı və onun Makedoniyalı İsgəndərlə əməkdaşlığı monoqrafiyada müfəssəl işıqlandırılır. Müstəqil Atropatena dövlətinin mərhələli yüksəliş prosesi elmdə ilk dəfə olaraq ətraflı təsvir edilir. Qədim Midiya və Atropatenanın ərazi hüdudları və onların etnik tərkibinə dair problemlərin əsərdə geniş işıqlandırılması faktını da xüsusi qeyd etmək lazımdır.
Kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Agatha christie teas press tirajlari.
24/03/2026

Agatha christie teas press tirajlari.

Kornuel qraflığında istirahət edən Holms dəhşətli ha­disədən xəbər tutur: ailədə iki qardaş dəli olur, bacı isə süfrə ar...
22/03/2026

Kornuel qraflığında istirahət edən Holms dəhşətli ha­disədən xəbər tutur: ailədə iki qardaş dəli olur, bacı isə süfrə arxasında ölür. Təhqiqata başlayan Holms qəribə də­lillərlə üzləşir, məlum olur ki, bütün bunlara səbəb “Şey­tan ayağı” adlandırılan bitkidən hazırlanmış öldürücü zəhərdir. Kitaba həmçinin “İkinci ləkə”, “Karton qutu”, “Qırmızı üzük”, “Bryus-Partinqtonun çertyojları”, “Şerlok Holms ölüm yatağında”, “Ledi Frensis Karfeksin itkin düşməsi”, “Onun son salamı”, “Məşhur müştəri”, “Taqətsiz əsgər” hekayələri də daxil edilmişdir.

Seçilmiş cəzaElxan ElatlıBakıda, çoxmərtəbəli binaların birində yaşayan orta yaşlı kişi həyat yoldaşının işə getmək üçün...
21/03/2026

Seçilmiş cəza
Elxan Elatlı
Bakıda, çoxmərtəbəli binaların birində yaşayan orta yaşlı kişi həyat yoldaşının işə getmək üçün evdən çıxdığı səhər saatlarında, öz mənzilində qəddarcasına qətlə yetirilir. Bəli, bu qətlə yalnız belə ad vermək olardı, çünki mərhumun üz və kəllə hissəsi küt bir alətlə parçalanıb tanınmaz hala salınmışdı. Nafiz adlı bu adam kimi bu qədər qəzəbləndirmişdi? Ondan borc pul istəyən və heç nə ala bilməyən qaynını? Ondan aldığı pulu qaytarmadığı üçün təhqir etdiyi qonşusunu?

Hər gün söyüb yamanladığı arvadını? Kimi?

Cinayəti araşdırmaq təcrübəli müstəntiq Nüsrətova tapşırılır. Eyni zamanda, mərhumun qonşuları müstəqil cinayət-axtarış eksperti Qanbay Qasımlını da bu işə cəlb edirlər. Əslində, bu romanın süjeti iki bacarıqlı hüquqşünasın – müstəntiq Nüsrətovla polkovnik Qasımlının qeyri-rəsmi yarışması üzərində qurulub. Qasımlı bu yarışda nədənsə məğlub olur... Ya da məğlub olmağı seçir... Müstəntiq işi yekunlaşdıran kimi Qasımlıya zəng vurub öz qələbəsi ilə qürrələnir. Lakin məşhur xəfiyyə bundan heç də pərt olmur, çünki onun üçün ilahi ədaləti bərqərar etmək şan-şöhrətdən daha üstündür...

Psixiatr Yan Forstnerin nikahı uğursuz alınır. O, arvadından boşanandan sonra işini də itirir və doğulub boya-başa çatdı...
20/03/2026

Psixiatr Yan Forstnerin nikahı uğursuz alınır. O, arvadından boşanandan sonra işini də itirir və doğulub boya-başa çatdığı Falenberqə qayıdır. Onun kiçik qardaşı 23 il əvvəl izsiz-tozsuz yoxa çıxmış, bundan az sonra isə atası dəhşətli avtomobil qəzasında ölmüşdü. Qardaşının qəfildən itməsi, onun taleyinin naməlum qalması, atasının isə qorxunc aqibəti Yana ağır psixoloji zərbə olur, başına gələn bu müəmmalı hadisələr onu rahat buraxmır. Yan bu kabuslardan qurtulmaq və yenidən normal həyata qayıtmaq istəyir. Amma klinikada bir xəstə intihar edəndən sonra Yan 23 ildir gizli qalmış dəhşətli sirri açmağa qərar verir və araşdırmalara başlayır...

Address

Rustem Rustemov
Baku
1096

Telephone

+994703625538

Website

Alerts

Be the first to know and let us send you an email when isra_kitab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to isra_kitab:

Share

Category