13/05/2026
🔥 Tənqidçilərin aşağı qiymətləri heç də həmişə filmin uğursuz olacağı anlamına gəlmir — əksinə, tarix jurnalistlərin sərt tənqidlərinə baxmayaraq böyük uğur qazanan çoxsaylı blokbasterlər tanıyır. Yeni “Mortal Kombat” ekranlaşdırması da həmin məşhur filmlər sırasına daxil olmağa hazırlaşır.
✅ Box Office Mojo mənbələrinin məlumatına görə, “Mortal Kombat II” artıq dünya prokatında 60 milyon dollar gəlir əldə edib. Bunun 38,5 milyon dolları ABŞ bazarının payına düşür. Bu, kifayət qədər uğurlu başlanğıcdır, xüsusilə nəzərə alsaq ki, dilogiyanın ilk filmi ümumilikdə cəmi 84,4 milyon dollar toplamışdı. Həmin filmin startı isə HBO Max platformasında eyni vaxtda yayımlandığı üçün bir qədər zəif alınmışdı. Qeyd edək ki, Variety nəşri Saymon Makkuoydun yeni filminin ilk həftəsonunda daha yüksək nəticə göstərəcəyini proqnozlaşdırırdı.
ℹ️ Təəssüf ki, ABŞ kinoçartlarında birinci yer uğrunda mübarizədə Conni Keyc və komandası “The Devil Wears Prada 2” komediya-dramına uduzub. Filmin ikinci həftəsində tamaşaçılar Meril Strip, Enn Heteuey, Emili Blant və Stenli Tuççinin rol aldığı hit filmin davamına daha 43 milyon dollar qazandırıblar. Beləliklə, ilk 10 gündə ekran əsərinin gəliri 144,8 milyon dollara çatıb. Dünya prokatı isə filmə ümumilikdə 433 milyon dollar qazandırıb.
“Mortal Kombat II”dən sonra siyahıda “Michael” bioqrafik filmi qərarlaşıb. Maykl Ceksonun erkən karyerasından bəhs edən ekran əsəri ABŞ-da 36 milyon dollar, dünya üzrə isə 577 milyon dollar gəlir əldə edib.
🔥 Fikirləriniz ?
🗂bizi izləmək üçün:
📲rəsmi səhifəmiz:
👾youtube: Texnojurnal - made in Azerbaijan
🗞telegram: https://t.me/texnojurnal_azerbaijan
🌎web: texnojurnal.com