Kitabim.az

Kitabim.az İstənilən kitabların( Azərbaycan,Rus və Türk dillərində) sifarisi. Kitabların Satışı
Ak

30/01/2025

Hazırkı enerji böhranına birbaşa xitab edən yeni epiloqla nəşr olunmuş “Qənimət” dünyanın ən mühüm resursu olan neftin t...
29/01/2025

Hazırkı enerji böhranına birbaşa xitab edən yeni epiloqla nəşr olunmuş “Qənimət” dünyanın ən mühüm resursu olan neftin tarixini nəql edir. Daniel Yerginin bütün dövrlərdə aktual olacaq bu kitabı onilliklərlə nefti əhatə edən, hələ də qlobal rəqabəti alovlandırmaqda, dünya iqtisadiyyatını silkələməkdə, eləcə də insanların və millətlərin taleyini dəyişməkdə olan sərvət və hökmranlığın mübarizəsinin salnaməsini yaradır. Əsərin hazırkı yenilənmiş nəşri neftin XX əsr boyunca qətiyyən azalmayan əhəmiyyətini tam sübuta yetirir, bununla yanaşı XXI əsrdə də “qara qızıl” ucbatından baş verən iqtisadi və siyasi toqquşmaları təsvir edir.

Mövzuya dair hərtərəfli anlayışı və dərin araşdırmaları D.Yerginə enerji uğrunda hazırkı mübarizəni dəqiq təsvir etmək baxımından unikal mövqe qazandırır. Şübhəsiz ki, bu mübarizə dövrümüzün həyati əhəmiyyətə malik ən vacib məsələlərindən biridir. Müəllifin təhkiyə tarixinin mənzərəsi nəhəngdir. Pensilvaniyada ilk neft quyusunun qazılmasından iki dünya müharibəsinə, İraqın Küveyti zəbt etməsinə, “Səhrada fırtına” əməliyyatına, eləcə də İraq müharibəsi və iqlim dəyişikliyinə qədər bütün hadisələr bu əsərdə əhatə edilir. Neft mövzusunda qətiyyətli bir iş olan “Qənimət” qeyri-adi əhatə dairəsi, son dərəcə böyük həyəcan və nəhəng dəyər yaradan kitabdır.

Nargin – saralmış kədər" romanında birinci dünya müharibəsinin gedişində Nargin adasında əsir tutulan minlərlə türk həbç...
29/01/2025

Nargin – saralmış kədər" romanında birinci dünya müharibəsinin gedişində Nargin adasında əsir tutulan minlərlə türk həbçisinin taleyindən, onların işgəncələrlə dolu ağır həyatından, Azərbaycan xalqının, ziyalılarımızın və milyonçuların bu əsirlərin adadan qaçırılaraq xilas edilməsi yolunda göstərdiyi fədakarlıqlardan bəhs edilir. Roman tarixi faktlar əsasında qələmə alınıb və tarixi Azərbaycan-Türkiyə qardaşlığının tərənnümü baxımından olduqca əhəmiyyətlidir.

Anası ikinci dəfə ərə gedəndən sonra 17 yaşlı Bella Svon doğma atasının yanına köçüb onunla yaşamağa qərar verir. Onun a...
28/01/2025

Anası ikinci dəfə ərə gedəndən sonra 17 yaşlı Bella Svon doğma atasının yanına köçüb onunla yaşamağa qərar verir. Onun atası hər gün yağış yağan kiçik Forks şəhərciyinin polis rəisidir. Kallenlər ailəsinin qeyri-adi gözəlliyə malik üzvləri Bellanın diqqətini elə Forksa köçdüyü ilk gün cəlb edir. Bu gənclərlə məktəbdə qarşılaşan qızı daha çox Edvard Kallen maraqlandırır. Səbəb Edvardın qeyri-adi davranışıdır... Sonradan məlum olacaqdı ki, Kallenlər yalnız vəhşi heyvanların qanını içən “vegeterian”-vampirlərdir; Edvard isə Belladan ona görə uzaq durmağa çalışır ki, bir gün özünü saxlaya bilməyib qızı dişləyəcəyindən qorxur... Buna baxmayaraq Bella ilə Edvard bir-birinə aşiq olurlar, onların arasında sevgi macərası başlayır. Lakin Forks ətrafında üç köçəri vampirin peyda olması işləri korlayır. Bu “çağırılmamış qonaqlar” doktor Karlayl Kallenin ailə üzvləri kimi alicənab deyil, onlar insan qanı da içirlər. Bu üç vampirdən ən təhlükəsi olan Ceyms Bellanı hədəf seçir...

Özdemir Asaf'ın şairdeki 'ikinci kişi' problemini, ikinci kişi ile kendi arasındaki bağıntıları çeşitli yönlerden derinl...
28/01/2025

Özdemir Asaf'ın şairdeki 'ikinci kişi' problemini, ikinci kişi ile kendi arasındaki bağıntıları çeşitli yönlerden derinleştirdiği, yaşayışını dolduran davranışları soyutlaştırarak bir düşünce planına yükselttiği, bunu yaparken de, 1950 şiirinin ortak biçim anlayışından ayrı, özel bir dil kullandığı görülür; çelişmeli, oyunlu bir mantık düzeninde mısra sayısını çok kere en aza indirdiği de olur.'
Behçet Necatigil
'Özdemir Asaf 1950'lerde kişiliğini bulduğu, şiirinin özelliklerini belirginleştirdiği zaman, bütün akımların dışında bir şairdi. Düşünceleri, duyguları yoğunlaştırıp kısacık şiirler yazışıyla Uzak Doğu ülkelerinin bilge şairlerine benziyordu. Bu özelliğiyle Garip akımının ilk günlerine de bağlanabilirdi, ama o akım içinde fazla bir yer tutmayan bu anlayış, Özdemir Asaf'ta düşünceye iyice ağırlık verilerek benimsenmiş, özenle işlenmiş, geliştirilmişti. Şiir düşüncelerin, duyguların yoğunlaştırılmasında aranıyordu. Uzun şiirlerde bile parçaların bu anlayışla ele alındığı açıktı.' Memet Fuat

Çiçek Senfonisi - Toplu Şiirler çağdaş Türk şiirinin en özgün isimlerinden biri olan Özdemir Asaf'ın sağlığında yayımladığı yedi şiir kitabını bir araya getiriyor: Dünya Kaçtı Gözüme, Sen Sen Sen, Bir Kapı Önünde, Yumuşaklıklar Değil, Nasılsın, Çiçekleri Yemeyin, Yalnızlık Paylaşılmaz.

1948-ci il. Yaponiya İkinci Dünya müharibəsi kabusundan sonra yavaş-yavaş özünə gəlməyə çalışır, şəhərlərini bərpa edir,...
27/01/2025

1948-ci il. Yaponiya İkinci Dünya müharibəsi kabusundan sonra yavaş-yavaş özünə gəlməyə çalışır, şəhərlərini bərpa edir, insanlar məğlubiyyəti unudub gələcəyə boylanmağa çalışır. Dövrünün məşhur rəssamı olmuş Masuci Ono indi günlərini ailəsinə və evinə həsr etməklə keçirir: bağına qulluq edir, evində təmir işləri aparır, iki böyük qızı və nəvəsi ilə vaxt keçirir, axşamlar isə sakit və yarımqaranlıq barların birində köhnə dost-tanışları ilə içki içir... Əslində, Masuci indi sakit, dinc bir ahıllıq həyatı sürməlidir, lakin xatirələr ona rahatlıq vermir. Xəyalları tez-tez keçmişə səyahət edir: yapon militarizminin dərindən yaraladığı həyatını və karyerasını xatırlayır. Və keçmişində yaşananlar onun sakit həyatına qara bulud kimi çökür.

Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzerin 1925-ci ildə yazdığı “Amerika faciəsi” onun şah əsəri hesab olunur.Roma...
27/01/2025

Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzerin 1925-ci ildə yazdığı “Amerika faciəsi” onun şah əsəri hesab olunur.

Romanda küçə vaizlərinin oğlu olan, sıravi amerikalı Klayd Qriffitsin taleyindən danışılır. Müəllif göstərir ki, saxta idealların hökm sürdüyü bir quruluşda ruhu xilas etmək mümkün deyil. Vaizlərin oğlu valideynlərinin yolu ilə deyil, nəfs yolu ilə gedir. Əxlaqı pozulur, namuslu həyat sürən məsum Robertanı yoldan çıxarır. Cəmiyyətdəki “yüksək təbəqənin” üzvlüyünü qazanmaq istəyi səbəbindən Robertanı öldürməklə nəticədə özünü də məhv edir. Yazıçı bu əsəri ilə Amerikanın sosial həyatının, kapitalizmin eybəcər və dəhşətli üzünü göstərmişdir

Bu 13 yaşlı yəhudi qızının – Anna Frankın yazdığı gün­dəlikdir. Almaniyada doğulan Anna ailəsi ilə birgə alman faşistlər...
26/01/2025

Bu 13 yaşlı yəhudi qızının – Anna Frankın yazdığı gün­dəlikdir. Almaniyada doğulan Anna ailəsi ilə birgə alman faşistlərindən xilas olmaq məcburiyyətilə Niderlanda köçür. Bir neçə ailənin qal­dığı sığınacaqda yaşadığı vahimə, qorxu dolu günlər onu gündəlik yaz­mağa sövq edir. Öz ad günündən, yəni 12 iyun 1942-ci ildən etibarən 1 avqust 1944-cü ilədək gündəlik yazır. O, əvvəlcə buna əyləncə kimi yanaşır və başına gələnləri gündəlikdə özündən uydurduğu Kitti adlı rəfiqəsi ilə gündəlikdə bölüşür. Lakin Niderlandın təhsil nazirinin radio ilə əhaliyə müraciətini dinlədikdən sonra bu işlə daha ciddi məşğul olur. Nazir insanları alman faşistlərinin işğalı ilə bağlı istənilən sənədi qoruyub saxlamağa çağırırdı.

Anna Frankın həyat tarixçəsi – gizlənməyə məcbur olan, sonrasa doğ­malarıyla birgə həbs düşərgəsinə düşüb, məhz yəhudi olduğuna görə orada məhv olan yəhudi qızının taleyidir. Diqqəti cəlb edən cəhətlərdən biri budur ki, Anna Frank özünün və yaxınlarının gələcəyi ilə bağlı daim qorxularla dolu olsa da, gündəliyi üçün narahat olmur, sanki onun bir möcüzə nəticəsində salamat qalacağını qabaqcadan bilir: ailəsinin həbsindən sonra sədaqətli dostlar son anda döşəmədə tökülüb qalmış kağızları xilas edirlər, bəlkə doğrudan da, tarix üçün lazım olan əlyazmalar yanmır?

Gündəlik kitab şəklində ilk dəfə 1947-ci ildə Niderlandda işıq üzü görür. 1952-ci ildə Amerika və İngiltərədə nəşr olunur. Hazırda gündəliyi dünyanın 70-dən çox ölkəsi öz dilində çap edib

Address

28 May Küçəsi ( 28. May Metro/S. Vurğun Parkının Yanı)
Baku

Alerts

Be the first to know and let us send you an email when Kitabim.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kitabim.az:

Share

Category