Amart

Amart Təsərrüfat ehtiyaclarınız bir arada!

Missiyamız kəndlinin və fermerin təsərrüfat fəaliyyəti ilə bağlı ehtiyac duyduğu istehsal vasitələri və xidmətləri bir mərkəzdə, daha rahat və sərfəli şərtlərlə təqdim edərək, ona təsərrüfat fəaliyyətini inkişaf etdirməkdə dəstək olmaqdır.

“Əkinçi” qəzeti ilə ilk addımlarını atan Azərbaycan Milli Mətbuatı 148-ci yaşını qeyd edir! Ümummilli lider Heydər Əliye...
21/07/2023

“Əkinçi” qəzeti ilə ilk addımlarını atan Azərbaycan Milli Mətbuatı 148-ci yaşını qeyd edir!

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə mətbuat üzərindən dövlət senzurasını ləğv etməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyulur.

Öz işinin öhdəsindən ləyaqətlə və qərəzsiz formada gələn bütün mətbuat nümayəndələrini təbrik edirik!

Xalqımızı dünya müsəlmanlarının müqəddəs günü – Qurban Bayramı münasibətilə təbrik edirik!Kəsdiyiniz qurbanların, tutduğ...
27/06/2023

Xalqımızı dünya müsəlmanlarının müqəddəs günü – Qurban Bayramı münasibətilə təbrik edirik!

Kəsdiyiniz qurbanların, tutduğunuz diləklərin qəbul olmasını arzulayırıq. Qoy ətrafınızda sevgi və xoşbəxtlik daimi olsun.

Bayramınız mübarək!

Bu gün təhlükəsiz həyatımızın, torpaqlarımızın bütövlüyünün təminatçıları, 44 günlük vətən müharibəsində zəfər çalmış şa...
25/06/2023

Bu gün təhlükəsiz həyatımızın, torpaqlarımızın bütövlüyünün təminatçıları, 44 günlük vətən müharibəsində zəfər çalmış şanlı ordumuzun günüdür.

Ölkədəki sabitlik və sülh üçün canından keçməyə hazır olan, həyatını bu müqəddəs peşəyə həsr edən Silahlı Qüvvələrimizin göstərdiyi şücaət və zəfərlərinə görə qürur duyuruq.

26 iyun Silahlı Qüvvələr Günümüz mübarək!

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müst...
27/05/2023

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Müstəqillik Günün mübarək, Azərbaycan!

Dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevi 100 illik yubileyində dərin hörmətlə anırıq!
10/05/2023

Dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevi 100 illik yubileyində dərin hörmətlə anırıq!

Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri...
08/05/2023

Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı.

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır.

Qələbənin 78-ci ilində zəfərin memarlarını ehtiramla yad edirik!

28/04/2023

Amart şəbəkəsinin növbəti mağazası Şəmkir rayonunda vətəndaşlara xidmət üçün açıldı.

Bütün Şəmkirliləri mağazamızı ziyarət etməyə, bağ-bostan alətlərini, suvarma sistemlərini, istixana ləvazimatlarını, santexnika ləvazimatlarını və digər məhsulları münasib şərtlərlə əldə etməyə və mövsümi endirimlərdən yararlanmağa dəvət edirik.

Tutduğunuz oruc və dualarınız qəbul olsun, sevdikləriniz və yaxınlarınız həmişə sizinlə olsun.Ramazan bayramınız mübarək...
21/04/2023

Tutduğunuz oruc və dualarınız qəbul olsun, sevdikləriniz və yaxınlarınız həmişə sizinlə olsun.
Ramazan bayramınız mübarək.

Novruz evinizə bolluq, sevgi, uğur və səadət gətirsin!Bahar bayramınız mübarək olsun!
19/03/2023

Novruz evinizə bolluq, sevgi, uğur və səadət gətirsin!
Bahar bayramınız mübarək olsun!

16/02/2023

Fevralın 14-də Bakı şəhəri Qala qəsəbəsi, Zeytun Savxozu 3 küçəsi 126H ünvanında ölkədə tam yeni konseptdə fəaliyyət göstərən “Amart” şəbəkəsinin ilk mağazasının açılışı baş tutmuşdur. Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri, “Aqrar İnnovasiya və Təchizat Şirkətinin”, eləcə də tərəfdaş şirkətlərin rəhbər və işçi heyəti, həmçinin rayon ictimaiyyətinin üzvləri iştirak etmişlər.

Şirkət rəsmilərinin verdiyi məlumata görə, “Amart” bugünədək fəaliyyət göstərən mağaza şəbəkələrindən öz yeni konsepsiyası ilə fərqlənir. Belə ki, “Amart” mağazalarında inşaat, xırdavat və digər təsərrüfat malları ilə yanaşı həm də ailə təsərrüfatları və digər kənd təsərrüfatı subyektlərinin ehtiyaclarını tam şəkildə təmin edə biləcək aqrokimyəvi vasitələr, toxum və tinglər, suvarma və istixana sistemləri, heyvandarlıq texnikası, yemlər və yem əlavələri və s. vətəndaşlarımıza təqdim edilir.

“Amartın” fəaliyyəti bununla da məhdudlaşmır. Respublikamızın regionlarında açılacaq şəbəkənin orta və böyük ölçülü mağazalarında kənd təsərrüfatı ilə məşğul olan müştərilərə aqronom məsləhəti xidmətləri, aqrar kreditlər, aqrotexniki vasitələrin satışı və s. xidmətlərin təşkili nəzərdə tutulur. Bununla da “Amart” öz müştərilərinə təsərrüfat ehtiyaclarını təmin edə bilmələri üçün 360 dərəcə xidmət göstərməyi hədəfləyir.

Qeyd edək ki, “Amart” mağazalar şəbəkəsi “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə məxsusdur.

Address

Çinar Park Biznes Mərkəzi, Bina 1
Baku
1075

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+994508281818

Alerts

Be the first to know and let us send you an email when Amart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amart:

Share

Category