PASHA Malls

PASHA Malls Leading Azerbaijani operator of shopping centers. 🛍️

Amburan Mall-da yay mövsümünü rəsmən açdıq! 🌊☀️İsti yay günlərində açıq havada şoppinq, əyləncə və ləzzətli kofe fasiləl...
03/06/2026

Amburan Mall-da yay mövsümünü rəsmən açdıq! 🌊☀️

İsti yay günlərində açıq havada şoppinq, əyləncə və ləzzətli kofe fasilələri üçün Amburan Mall-da görüşürük.

Maliyyə proseslərinin dəqiq idarə olunması, hesablaşmaların düzgün aparılması və maliyyə intizamının qorunması sizin üçü...
02/06/2026

Maliyyə proseslərinin dəqiq idarə olunması, hesablaşmaların düzgün aparılması və maliyyə intizamının qorunması sizin üçün peşəkar fəaliyyətin ayrılmaz hissəsidir? PASHA Malls komandasında Mühasibatlıq üzrə mütəxəssis olaraq maliyyə əməliyyatlarının effektiv idarə edilməsində iştirak edə bilərsiniz.

🔹 Əgər siz:

✔️ Hesab əməliyyatlarını və daxil olan ödənişləri maliyyə prosedurlarına uyğun həyata keçirirsinizsə;
✔️ Gündəlik maliyyə əməliyyatlarının aparılması və hesab-fakturaların hazırlanması üzrə təcrübəniz varsa;
✔️ Debitor və kreditor hesablarının idarə olunmasını həyata keçirirsinizsə;
✔️ Hesablaşmalar üzrə uyğunsuzluqları müəyyən edib həll edə bilirsinizsə;
✔️ Maliyyə hesabatları və hesab analizləri hazırlamaq bacarığınız varsa;
✔️ Gündəlik bank və ƏDV uzlaşmalarını aparırsınızsa;
✔️ Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsilə sahibsinizsə;
✔️ Minimum 2-3 il iş təcrübəniz varsa;
✔️ F3 və ya digər ACCA diplomuna sahib olmaqla üstünlük qazanırsınızsa;
✔️ MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləyə bilirsinizsə;
✔️ Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilirsinizsə;
✔️ Güclü ünsiyyət, analitik və problem həll etmə bacarıqlarına maliksinizsə...

🔹 Son müraciət tarixi: 10 iyun 2026, saat 18:00.

🔹 Vakansiya haqqında daha ətraflı məlumat və müraciət üçün: https://qlor.me/mpvam36gon

Komandamızın hər bir üzvünü ortaq hədəflər birləşdirsə də, hər kəsin özünəməxsus, gizli bir dünyası var. ✨ Ofis daxilind...
02/06/2026

Komandamızın hər bir üzvünü ortaq hədəflər birləşdirsə də, hər kəsin özünəməxsus, gizli bir dünyası var. ✨
Ofis daxilində kiçik bir sorğu etdik və komanda yoldaşlarımızın maraqlı tərəflərini üzə çıxardıq.

İndi isə növbə sizdədir. İntuisiyanızı yoxlayın və əməkdaşlarımızla bu faktları uyğunlaşdırın: 👀 👇

1️⃣ Boş zamanlarında haykinq ilə məşğul olur, həmçinin zövqlə fərqli aksessuarlar və çantalar hazırlayır.
2️⃣ Yaradıcılıq qabiliyyəti ilə seçilir; gözəl rəsmlər çəkir və fransız dilində sərbəst danışa bilir.
3️⃣ Musiqiyə xüsusi sevgisi var; skripkada ifa edə bilir və puzzle qurmağı sevir.

Sizcə, hansı istedad hansı əməkdaşımıza məxsusdur? Şərhlərdə rəqəm və əməkdaşın adını qeyd edin. 📝 🤔

Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edirik!Bu bayram uşaqlara qayğının, onların rifahının, təhsilini...
01/06/2026

Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edirik!

Bu bayram uşaqlara qayğının, onların rifahının, təhsilinin və hərtərəfli inkişaf imkanlarının vacibliyini bir daha xatırladır. Hər bir uşaq xoşbəxt uşaqlıq, diqqət, dəstək və sabaha inam hissi ilə böyüməyə layiqdir.
PASHA Malls komandası adından uşaqlara sağlam, maraqlı və xoşbəxt böyüməyi, ailələrinə isə sülh, rifah və sevinc arzulayırıq.

Qoy uşaqların arzuları gerçəkləşsin, hər yeni gün isə təbəssüm və yeni nailiyyətlər üçün səbəblər gətirsin.

E-mailləri kənara qoyub, PASHA Malls-un təklif etdiyi rəngarəng əyləncə dünyasına qərq olmağın tam vaxtıdır.
30/05/2026

E-mailləri kənara qoyub, PASHA Malls-un təklif etdiyi rəngarəng əyləncə dünyasına qərq olmağın tam vaxtıdır.

Müstəqilliyimizin verdiyi qürur, bir yerdə olmağın və eyni dəyərləri bölüşməyin sevinci hər birimizin ən ali sərvətidir....
28/05/2026

Müstəqilliyimizin verdiyi qürur, bir yerdə olmağın və eyni dəyərləri bölüşməyin sevinci hər birimizin ən ali sərvətidir.

28 May - Müstəqillik Günümüz mübarək! 🇦🇿

PASHA Malls-da növbəti daxili təlim baş tutdu! 💻📊Maliyyə Departamentimizlə əməkdaşlıq çərçivəsində əməkdaşlarımız üçün E...
26/05/2026

PASHA Malls-da növbəti daxili təlim baş tutdu! 💻📊

Maliyyə Departamentimizlə əməkdaşlıq çərçivəsində əməkdaşlarımız üçün Excel biliklərinin təkmilləşdirilməsinə yönəlmiş daxili təlim təşkil etdik.

Büdcələmə və Hesabatlılıq üzrə baş mütəxəssisimiz İdris Qələndərovun təqdimatında keçirilən iki sessiyalıq daxili təlimdə komandamız praktiki bacarıqlarını daha da gücləndirdi.

Bilik və təcrübəsini bizimlə bölüşən təlimçimizə və aktiv iştirak edən bütün əməkdaşlarımıza təşəkkür edirik!

# PASHAMalls

Səhər yeməyindən kinoya, alış-verişdən ailəvi əyləncəyə qədər yay planlarınıza rəng qatacaq ən fərqli seçimlər sizi PASH...
19/05/2026

Səhər yeməyindən kinoya, alış-verişdən ailəvi əyləncəyə qədər yay planlarınıza rəng qatacaq ən fərqli seçimlər sizi PASHA Malls-da gözləyir.

“Talk Over a Cup” sessiyamızın növbəti qonağı Əməkhaqqının hesablanması üzrə menecerimiz Həmid Qasımzadə oldu.CEO-muz Ya...
12/05/2026

“Talk Over a Cup” sessiyamızın növbəti qonağı Əməkhaqqının hesablanması üzrə menecerimiz Həmid Qasımzadə oldu.

CEO-muz Yaman Şahinlə səmimi söhbət zamanı PASHA Malls-un inkişaf planları, gəlirliliyin artırılması, əməkhaqqı sistemlərinin optimallaşdırılması və Həmid bəyin gələcək karyera inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.

Bu görüşlər komandamızın üzvlərini dinləmək, onları dəstəkləmək və korporativ mədəniyyətimizi birlikdə gücləndirmək üçün dəyərli platformadır. 🤝

Müstəqil dövlətçiliyimizin təməlini qoyan Ümummilli Lider Heydər Əliyevin doğum gününü dərin hörmət və ehtiramla yad edi...
10/05/2026

Müstəqil dövlətçiliyimizin təməlini qoyan Ümummilli Lider Heydər Əliyevin doğum gününü dərin hörmət və ehtiramla yad edirik.

Address

Nasimi District, Neftchilar Avenue, "Aypara Palace And Town" 66, 68
Baku
1000

Alerts

Be the first to know and let us send you an email when PASHA Malls posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share