06/09/2022
Sizi, USBORNE ilə birqə ayın 9-10-11 sentyabr-da baş tutacaq kitab festivalına dəvət edirik🎉
--------------------------------------
Möhtəşəm "ANAİB I Bilik Kitab Sərgisi" baş tutacaq🤩
ANAİB-in Kitabçı yoldaşı Nurəddin Məmmədlinin əziz xatirəsinə ithaf edilir.
📌ANAİB və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9, 10, 11 sentyabr tarixlərində Nizami rayonu H.Əliyev adına parkda "ANAİB I Bilik Kitab Sərgisi" keçiriləcək.
📚Sərgidə məktəbli ləvazimatları, kitablar, dəftərlər, qeyd dəftərçələri, test topluları, çantalar, həmçinin bədii əsərlərin satışı olacaq.
🏷Digər sərgilərdən fərqli olaraq bu dəfə 24 nəşriyyat və mağazanın 80%-dək endirimli məhsulları ilə qarşınızda olacağıq.
🎉Bununla yanaşı sevimli yazıçılarla imza saatları, əyləncəli şou-proqramlar, şeir saatları, canlı musiqi, face-art, master-klasslar kimi fəaliyyətlər təşkil olunacaq.
Gəlin ki, biliyiniz möhkəm olsun!